Ötən gün ərzində respublikanın bəzi ərazilərində, xüsusən də qərb rayonlarında ən yüksək temperaturlar qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, Gəncədə havanın temperaturu 42, Balakən-Şəki bölgəsində 40-42 dərəcəyədək yüksəlib. Bu isə həmin rayonlar üçün rekord göstəricilərdir.
Respublikanın qərb bölgəsində, xüsusən də Gəncə, Balakən və Şəkidə 100 illik meteoroloji müşahidələrə görə ən yüksək temperatur qeydə alınıb. Gəncədə indiyədək rekord temperatur 40 dərəcə idisə, ötən gün bu göstərici 42 dərəcə olub.
U. Tağıyevanın sözlərinə görə, isti günlərdə Abşeron yarımadası və Aran rayonlarında istilər rekord həddə çatmayıb. O bildirib ki, 100 illik meteoroloji müşahidələrə görə həmin ərazilərdə əvvəllər də temperatur 40 dərəcəyədək yaxınlaşıb və ötən günlərdə də temperatur bu səviyyədə olub.
U. Tağıyeva son günlər sosial şəbəkələrdə, saytlarda müxtəlif dayanacaqlarda quraşdırılmış cihazlarda yüksək temperatur göstəricisi qeydə alınmasına da münasibət bildirib. Onun sözlərinə görə, cihazlarda temperaturun belə olması əhalidə müxtəlif fikir yaradır ki, hansısa məlumatlar təqdim edilmir və ya temperatur göstəriciləri gizlədilir: “Tam məsuliyyətlə deyirəm ki, hidrometeorologiya sahəsində məlumatların əhaliyə çatdırılmasında heç bir orqan tərəfindən məhdudiyyət qoyulmayıb. Bu o deməkdir ki, bizim təqdim etdiyimiz reallığı əks etdirən temperaturdur. Sadəcə insanlar bilməlidir ki, havanın temperaturu bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi yerlərdə quraşdırılmış hidrometeoroloji stansiyalarda ölçülür. Orada isə yer səthi mütləq qrunt olmalıdır, asfalt yox... Buna görə də Bakı şəhərinin bəzi ərazilərində asfalt örtüyü, küçələrin sıxlığı və sair amillər temperatur göstəricilərinə öz təsirini göstərə bilər. Lakin fərqlər 3-4 dərəcədən çox olmur. Ona görə də əhali haradasa 48 və ya daha yüksək temperaturun olduğunu gördükdə, bilsin ki, bu reallığı əks etdirən məlumatlar deyil. Çünki Bakı hansısa Afrika şəhəri deyil. Bütün müşahidələrə görə paytaxtda temperatur 41 dərəcədən yuxarı qalxmayıb. Bu da bizim coğrafi mövqeyimizlə bağlıdır. 48, 51 dərəcə temperaturu göstərən cihazlar günəş şüalarının altında yerləşdirilir və dəmirdən olduğu üçün tez qızır. Bu da temperatur göstəricilərinə öz təsirini göstərir. Ona görə də əhalidən xahiş edirik ki, bizim təqdim etdiyimiz məlumatlara inansın. Bizim hansısa məlumatları gizlətməkdə heç bir marağımız yoxdur, ola da bilməz”.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM