Rayon sakinlərinin milli.az-a verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik solonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə şillə vurub.
Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.
Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.