Şərqin qədim  şəhərlərindən biri Beyləqan olub

20:25 / 13.03.2019

 

Assur mədəniyyətinə məxsus tapıntıların əldə olunması bu fikrin ən bariz sübutudur.Beyləqan tarix diyarşünaslıq muzeyində nümayiş olunan eksponatlar da bu mühüm faktı təsdiq edir.

Öncə qeyd edək ki, Beyləqan şəhəri bir neçə ay bundan əvvəlki görkəminə görə tamam dəyişib.Yolları bərbad, küçələri zibilli şəhər xeyli abadlaşdırılıb.Ölkə başçısının bura təyin elədiyi İcra Hakimiyyətinin  yeni  başçısının gördüyü işlər həm şəhərin görünüşünü gözəlləşdirib, həm də insanlarda məmnunluq hissi yaradıb. Əvvəlki idarəçilikdən söhbət düşəndə , sanki dəhşətli yuxu görürmüşlər kimi danışırlar. İnsanlara kölə kimi baxmaq, kimi gəldi təhqir etmək və,s.  İndi isə mədəniyyət, ədəb,ərkan, diqqət və qayğıdan yana razılıq eşidirik.Hər halda Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru ilə söhbətimizdən belə məlum olur.

Ölkə başçısının Beyləqana səfəri də yaddaqalan olub.Beyləqanlıların qonaqpərvərliyi və prezidentin sadə insanlara nümayiş etdirdiyi məhəbbət rayon sakinlərinin yaddaşında xoş xatirəyə çevrilib. Prezident İlham Əliyev açılışını həyata keçirdiyi bir sıra müəssisələrlə yanaşı Beyləqan rayon Tarix- Diyarşünaslıq Muzeyinə də baş çəkib.

Muzeyin direktoru Mehriban İsgəndərova da Prezidentlə görüşündən,onunla söhbətindən, muzeyə necə bələdçilik etməsindən danışdıqca , hiss olunur ki, xoş hadisənin hələ də təsiri altındadır. Prezidentin bütün eksponatlara diqqətlə baxdığını,maraqlandığını , suallar verdiyini, bəzi hallarda iradlarını bildirdiyini deyir , Mehriban İsgəndərova.

Beləliklə , bu təəssüratlar içində həmsömbətimiz Mehriban İsgəndərova Beyləqan rayon Tarix- Diyarşünaslıq Muzeyinin yaranması və fəaliyyətindən danışıb.

“ Muzeyimiz  1980-ci ildə ulu öndər H.Əliyevin regionlarda Tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra 1981-ci ildə yaradılıb. İlk addım olaraq muzey uyğulaşdırılmış bir binadaydı. Eksponatları da sövet dövrünə məxsus idi.Sonralar isə muzeylərin fondu zənginlədirildi. Azərbaycançılıq məfkurəsinə uyğun şəkildə yenidən quruldu.”

Mehriban İsgəndərova ilə söhbət zamanı məlum olur ki, Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası müasir standartlara uyğun olaraq yeni inşa olunub.Ərazisi 1050 kv.m olan binanın inzibati otaqları , konfrans zalı, fond otaqları  olmaqla 525 kv.m ölçüdə ekspozisiya zalı var. “ Ekspozisiya zalı 5 bölmə , 16 şöbədən ibarətdir. Bölmə və şöbələrdə diyarımızın ən qədim dövrlərindən başlayaraq , müasir dövrümüzə qədər olan tarixi öz əksini tapmışdır. Burada ən qədim dövrdən olan e.ə III-II minilliyə aid eksponatlarımız sərgilənib. Rayonumuzda olan ən qədim yaşayış məskənlərindən- Qaratəpədən ,Soltanbud təpəsindən, Çardaxlı abidələrindən , Beyləqanın Örənqala şəhər xarabalıqlarından, Təzəkənd-Paytakaran şəhər qalıqlarına aid yerdən tapılan eksponatlardır.Ekspozisiyamızda həmçinin XIX əsr və  müasir dövr bölmələri də öz əksini tapmışdır ki, burada Beyləqanlıların məişət həyatı, ictimai həyatdakı rolu, müharibə illərində cəbhəyə verilən töhfələr , Sovet İttifaqı müharibə veteranlarına aid əşyalar sərgilənmişdir. Sovet dövrü də muzeyimizdə öz əksini tapmışdır. Yəni bu dövrdə bir tarixdir. Hansı ki, biz həmin vaxtı yaşamışıq. Ona görə də bütün dövrlərin  tarixi  muzeyin ekspozisiyasında əksini tapmalıdır.”

Sovet dövrünə aid bölmədə Sosialist Əməyi Qəhrəmanlarının haqqında məlumatlar, ümummilli liderin Beyləqana səfərləri zamanı sadə zəhmətkeşlərlə görüşləri, Beyləqanın mədəniyyəti, həmin dövrdə çap olunan mətbu nəşrlər nümayiş olunur.

Muzeyin eksponatları sırasında Qarabağ  uğrunda canından keçən şəhid əsgərlərin  geyimləri, onların şəkilləri və digər əşyaları var.Şəhidlərimizin xatirə eksponatları qarşısında bir anlıq dayanıb, onların ruhu qarşısında baş əyirik.

Muzeyin direktoru ilə söhbət zamanı aydın olur ki, buradakı eksponatların sayə 6087 ədədə çatıb. Bunların da  90 faizi arxeoloji qazıntılar zamanı əldə olunan maddi- mədəniyyət nümunələridir.Buradakı ən uzun ömürlü eksponat e.ə III-II minilliyə aid güldanlardir. Bardaq və güldanlar olan digər  eksponatlar isə e.ə I minilliyə və eramızın  V əsrinə qədər Soltanbud, Paytakaran şəhər xarabalıqlarından tapılıb. 

Mehribam xanım  Beyləqanı orta əsrlərdə abad, şərqin xoşbəxt və firavan şəhərlərindən biri kimi təsvir edib.” Orta əsr Beyləqan şəhəri çox gözəl inkişaf edib.Bərdə, Qəbələ,Ərdəbil kimi şəhərlərdən seçilməyib.Mühüm karvan yollarının üzərində yerləşdiyinə görə Beyləqanda şəhərsalma mədəniyyəti çox güclü olub. Şəhərin saxsı boru kəmərlərindən ibarət kanalizasiya sistemi mövcud olub.Beyləqanda gözəl mədrəsə və məscidlər ,  karvansaralar olub ki, onların bəzədilməsində istifadə olunan kaşılar bu gün bizim muzeyimizdə sərgilənir. Arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sübutlar şəhərin yüksək mədəniyyətə malik olduğunu göstərir. Mücirəddin Beyləqani,Məsud İbn Namidar və başqa yaradıcı şairlərin mövcud olması Beyləqan ədəbi mühitindən , feodalların, xarici işğalçıların zülmünə boyun əyməyən qəssab Müsafir kimi oğulların tarixdə yaşaması belə bir mərd , mübariz bir xalqın mövcudluğundan xəbər verir.”

“ Beyləqanda pul zərb olunub.Şəhər Atabəylər dövlətində daha güclü inkişaf dövrünü keçirib. Ərəb tarixşünasları Beyləqan şəhərinin salınmasını  əsasən V əsrə I Qubadın hakimiyyəti illərinə aid edirlər.Ancaq bizə məlumdur ki, şəhəri heç bir hökmdar salmayıb. Ola bilər ki, O, şəhəri abadlaşdırıb”- deyə Mehriban İsgəndərova vurğulayıb.

Eksponatlar arasında gildən hazırlanmış alt çənə sümüyü xüsusilə diqqətimizi çəkir.Məlum olur ki, Assur mədəniyyətinin daşıyıcısıdır.Mehriban İsgəndərova minillər öncə yaradılmış mədəniyyət nümunəsi haqqında belə deyib:” Bu eksponatın çox gözəl tarixi var. Öncə belə bir suala cavab vermək lazımdır.Belə bir eksponat bizim bölgədə necə ola bilər? Yəni bu maddi mədəniyyət nümunəsinin tədqiqatına çox böyük ehtiyyac var. Sosial şəbəkələrdə bu eksponatın şəklini dəfələrlə paylaşmışam ki, alimlərimizin diqqətini çəksin. Bu eksponat haqqında tarixi araşdırmalar aparsınlar. Görək bu necə olub ki, Beyləqan ərazisində belə bir abidəyə rast gəlinib.Haqqında danışdığımız eksponat e.ə VII əsr Assur mədəniyyətinə aiddir. Bu eksponat çox əhəmiyyətli tarixi bir əsərdir  ”.  

Mehriban İsgəndərovanın şəhər haqqında təqdim etdiyi dəyərli, Beyləqanı sevə-sevə, öyə-öyə verdiyi məlumatlardan sonra sivilizasiyanın qədim ünvanını, sanki yenidən kəşf etdik. İslamdan əvvəlki mədəniyyətin nişanələrinə burada hələ də rast gəlinir.Cərciz peyğəmbər ziyarətgahının mövcudluğuda məhz bu mədəniyyətdən qalan bir nişanədir.   //Musa Muradlı  


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM