VII Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib

15:14 / 14.03.2019

Birinci iclasda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusunda geniş müzakirələr aparılıb

 

Azərbaycan paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu martın 14-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib.

 Forumun birinci panel iclası “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusuna həsr olunub.

CNN-in aparıcısı, siyasi analitik Farid Zakariyanın moderatorluğu ilə keçən paneldə çıxış edən Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti Vu Hailonq Forumun təşkilinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O deyib ki, Çinin iqtisadiyyatı son illər daha sürətlə inkişaf edir. Çinin Avropa İttifaqı ilə iqtisadi əlaqələri milyardlarla dollar dəyərindədir. ÇXR dünyaya sülh yayır və sabit iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır.

Yeddinci Qlobal Forumun açılışında iştirakına və dərin məzmunlu nitqinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdıran Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa keçmiş Sovet İttifaqının dağılmasından sonra digər dövlətlər kimi, Latviyanın da bir çox problemlərlə qarşılaşdığını deyib. Lakin Latviya xalqı bu çətinliklərə baxmayaraq, özünü toplamağı bacardı. Bu gün Latviya sabit iqtisadiyyata malik dövlətdir.

Norveçin keçmiş Baş naziri Kyel Maqne Bondevik müasir Avropa cəmiyyətinin təşəkkülündən və bu proses zamanı qarşılaşdığı problemlərdən danışıb. Qeyd edib ki, Avropa İttifaqı bu problemlərin həlli istiqamətində mühüm addımlar atsa da, hələ də bəzi məsələlər öz həllini gözləyir. Bunun üçün isə Avropa ölkələri birlikdə fəaliyyət göstərməlidirlər. Kyel Maqne Bondevik VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına əmin olduğunu bildirib.

Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi ABŞ-ın dünyada sülhün təmin edilməsindəki rolu barədə fikirlərini paylaşıb. Qeyd edib ki, daha azad, daha çiçəklənən dünyanın qurulmasında Amerikanın xüsusi fəaliyyəti mövcuddur. Lakin bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də bu məsələdə bütün dövlətlərin səyi vacibdir. O, dünyada sülhün bərqərar olmasına Azərbaycan dövlətinin verdiyi töhfələrin ABŞ-da yüksək qiymətləndirildiyini qeyd edib.

Belə bir mühüm tədbirdə iştirakına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edən Avstriyanın keçmiş Federal Kansleri Verner Faymann deyib ki, insanlar kimi, dövlətlərin də fərqli demokratiya anlayışları var. Bu gün Avropa bütün dünyada demokratiya məkanı kimi tanınır. Lakin bununla kifayətlənmək olmaz. Çünki demokratiya daim üzərində işləməli, təkmilləşdirilməsi lazım olan amildir.

İclas müzakirələrlə davam edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM