Rusiyanın Novosibirsk şəhərindəki «Fraules» Rəqs Mərkəzi indi dünyanın ən müxtəlif ölkələrində tanınır.
Yelena Yatkinanın yaratdığı və rəhbərlrik etdiyi studiyanın Major Lazerin ifasındakı «Watch out for this» mahnısının sədaları altında «tverkinq» stilli rəqsi YouTube-un yeni sensasiyasına çevrilib.
Milli.Az bildirir ki, rəqsin videosuna qısa zaman ərzində 30 milyondan artıq insan baxıb.
Studiyada indi o qədər populyarlaşıb ki, «Fraules»ə məşhur xoreoqraf Daniel Polanko da baş çəkib.
Polanko Cennifer Lopes, Beyons və Cənet Ceksonla işləyib.
Novosibirsk Dövlət Universitetinin marketinq və biznes fakültəsini başa vurmuş 23 yaşlı Yelenanın dediyinə görə, 10 yaşından bəri rəqs edir.
«4 il əvvəl bu studiyanı yaratdım. Əvvəllər «Todes» studiyasında rəqs edirdim, müxtəlif master-klasslara gedirdim. 2010-cu ildə isə öz rəqs studiyamı qurmağa qərar verdim. Son rəqsimizin videosunun belə populyarlaşmasına çox sevinirəm», — Yelena Yatkina söyləyib.