Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı ölkə prezidentinin bu il fevralın 28-də imzaladığl fərmanla bağlı vətəndaşlarda ən çox sual doğuran məqamlara aydınlıq gətirib.
Strategiya.az "Report"a istinadən həmin sualları və cavabları təqdim edir:
- Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?
Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının qalıq məbləğlərinin cəmi devalvasiya baş verən tarixlərə (2015-ci il 21 fevralın 21-i və (və ya) dekabrın 21-i) 10 000 ABŞ dollarından çox olmayan bütün növ (istehlak, biznes) təminatlı və təminatsız kreditlərinə şamil edilir.
- Bir neçə bank üzrə əsas kredit borcunun məbləği ayrı-ayrılıqda 10 000 ABŞ dollarınadək olan, lakin ümumilikdə əsas borcu 10 000 ABŞ dollarından çox olan fiziki şəxslərə bu Fərman şamil olunurmu?
Xeyr. Bu Fərman 1-ci (2015-ci il 21 fevralın 21-i) və (və ya) 2-ci (2015-ci il dekabrın 21) devalvasiyaların tarixlərinə fəaliyyətdə olan və ya lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarından yuxarı olmayan fiziki şəxslərə şamil edilir.
- Fərman kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə da şamil olunurmu?
Bəli. Fərmana əsasən kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə müvafiq devalvasiya tarixlərində əsas kredit borcunun qalıq məbləğinə uyğun kompensasiya ödəniləcəkdir.
- Əgər fiziki şəxs 2015-ci il fevralın 21-i tarixindən öncə 10 000 ABŞ dolları məbləğindən artıq kredit götürmüşdürsə, bu Fərman onlara şamil olunurmu?
Əgər fiziki şəxsin 2015-ci il 21 fevral tarixindən öncə 10 000 dolları məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 2015-ci il 21 fevral və (və ya) 2015-ci il 21 dekabr tarixinə 10 000 ABŞ dollarından çox deyilsə, bu halda Fərman həmin şəxslərə şamil edilir.
- Fiziki şəxs 21 fevral 2015-ci il tarixinə 10 000 dolları həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 2015-ci il 22 fevral – 21 dekabr tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 2015-ci il 21 dekabr tarixindən sonra ödəmişdirsə, bu halda ona kompensasiya necə hesablanacaqdır?
Bu halda kompensasiya 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə əsas kredit borcu üzrə qalıq məbləğlərə münasibətdə ayrılıqda hesablanacaqdır. Yəni, 2015-ci il 21 fevral tarixinə əsas kredit borcu üzrə qalıq məbləği 10 000 ABŞ dolları təşkil etdiyi üçün 2500 manat, 2015-ci il tarixinə 21 dekabr isə əsas kredit borcu üzrə qalıq məbləği 8000 ABŞ dolları təşkil etdiyi üçün 4800 manat məbləğində, cəmi 7300 manat məbləğində kompensasiya ödəniləcəkdir. Fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsini https://pk.fimsa.az/az/calculator linkinə daxil olmaqla hesablamaq mümkündür.
- Fiziki şəxs devalvasiyalardan öncə götürdüyü 10 000 ABŞ dolları krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?
Bəli, kompensasiya devalvasiyadan öncə götürülmüş, lakin devalvasiyadan sonra bağlanmış və ya hələ də ödənişi tam başa çatmamış bütün kreditlər üzrə verilir.
- Fiziki şəxsin ödəmə müddəti keçmiş kredit borcu olduqda, ona kompensasiya - ödəniləcəkdirmi?
Bəli. Lakin bu zaman kompensasiya, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və (və ya) lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.
- 2015-ci il 22 fevral - 2015-ci il 21 dekabr tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş fiziki şəxs üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?
Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. Müvafiq tarix aralığında devalvasiya baş vermədiyindən, fiziki şəxs onun iradəsindən asılı olmayaraq heç bir maliyyə itkisi ilə üzləşmədiyindən ona bu məqsədlə kompensasiya ödənilməsi nəzərdə tutulmur.
- 2015-ci il 21 dekabr tarixindən sonra 10 000 ABŞ dollarınadək kredit götürmüş şəxslərə Fərman ilə hər hansı güzəşt nəzərədə tutulurmu?
Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq onun üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. 2015-ci il 21 dekabr tarixindən sonra ölkədə devlavasiya baş vermədiyindən fiziki şəxs bu səbəbdən hər hansı maliyyə itkisi ilə üzləşməmişdir. Bununla əlaqədar olaraq, bu məqsədlə fiziki şəxslərə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.
Bununla belə, həmin fiziki şəxsin 2019-cu il martın 1-i tarixinə kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, banklar tərəfindən həmin şəxslərə əsas kredit borclarının restrukturizasiya olunması, bu kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən güzəştli kreditlə əvəzlənməsi təklif olunacaqdır. Həmçinin, bu zaman həmin kreditlərə hesablanmış faizlərin və dəbbə pullarının (cərimə, penya) silinməsi nəzərdə tutulur.
- Devalvasiya baş vermiş tarixlərdən sonra dollar krediti restrukturizasiya olunaraq manat kreditinə çevrilmiş fiziki şəxslərə Fərmana əsasən kompensasiya ödəniləcəkmi?
Fiziki şəxsin 2015-ci il 21 fevral və (və ya) 21 dekabr tarixlərinə xarici valyutada əsas kredit üzrə qalıq borcu 10 000 ABŞ dollarından çox olmadıqda, onlara müvafiq kompensasiyalar ödəniləcəkdir.
- Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya avro və rubl kreditlərinə də şamil olunurmu?
Bəli. Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.
- Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?
Borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.
- Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?
2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17 000 manatadək olan və 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaqdır.
- Fərmana əsasən kreditlərin restrukturizasiyası nəyi nəzərdə tutur?
Fərmana əsasən kreditlərin restrukturizasiyası 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödəniş müddəti 360 gündən çox gecikdirilmiş kreditlər üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsini və həmin kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti ilə) verilən yeni kreditlə əvəzlənməsinə dair bankla fiziki şəxs arasında yeni kredit müqaviləsinin bağlanmasını nəzərdə tutur.
- Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?
2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək fiziki şəxslərin bütün valyutalarda bağlanmış kredit müqavilələri üzrə 2019-cu il mart 1-i tarixinə əsas kredit borcu 10 000 ABŞ dolları və ya 17 000 manatdan çox olmayan və 360 gündən çox gecikməsi olan kreditləri üzrə məhkəmədə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
- Güzəştlərin əldə edilməsi üçün fiziki şəxslər hansı addımları atmalıdır? Fiziki şəxslər banklara müraciət etməlidirlərmi?
Fiziki şəxslərin banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir fiziki şəxs kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM