Gürcü ekspertlər: İran qazının Ermənistan və Gürcüstan ərazisi ilə Avropaya nəqli inandırıcı deyil

08:22 / 18.03.2019

Son günlər Gürcüstan cəmiyyətində daha bir məsələ diqqət mərkəzindədir. Ermənistan baş nazirinin İrana səfərindən sonra İran qazının Ermənistana və Gürcüstana çatdırılması və oradan Avropaya bazarlarına çıxarılacağı barədə müxtəlif fikirlər səslənir. Əsasən erməni siyasətçiləri və ermənipərəst qüvvələr hesab edirlər ki, İran qazı tezliklə Ermənistana və Gürcüstana çatdırıla bilər. Bu da regionda siyasi, ictimai, iqtisadi və digər münasibətlərin, əlaqələrin dəyişməsinə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda bunun tam əksini deyən siyasətçilər də var. Onların fikrincə, İran qazının Ermənistan və Gürcüstana, eləcə də bu ölkələrdən keçməklə Avropa bazarlarına çıxarılması inandırıcı deyil. Bunun üçün çox mühüm siyasi iradə olmalı, bəzi ölkələrin və iri şirkətlərin maraqları nəzərə alınmalıdır.

Politoloq Tengiz Txilava hesab edir ki, İran öz təbii qazını Ermənistana və Gürcüstana ucuz qiymətə təklif edə bilər. Lakin bunun reallaşması üçün çox ciddi maneələr var. İlk növbədə regionda artıq formalaşmış və söz sahibinə çevrilmiş oyunçuların maraqları nəzərə alınmalıdır. İran qazının Ermənistan və Gürcüstana satılması üçün ilk növbədə bu ölkələri “mavi yanacaqla” təmin edən ölkələrin razılığı lazımdır. Ermənistan təbii qazı Gürcüstan ərazisindən keçməklə Rusiyadan alır. Rusiya və ya ayrılıqda götürsək, dünya iqtisadi sistemində yerini tutmuş “Qazprom” buna razı olmaz. Ermənistan İran qazını almaq üçün “Qazprom”la müqaviləyə yenidən baxmalıdır. Bu isə həm də Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması deməkdir.

“Ona görə də, düşünürəm ki, “Qazprom” təbii qaz bazarını, eləcə də Ermənistanı itirməyə razı olmaz”, - deyə T.Txilava vurğulayıb.

Politoloq Qela Vaşadze də hesab edir ki, İran qazının Ermənistana satılması real görünmür. Nəzərə alınmalıdır ki, Ermənistanın qaz nəqliyyat sisteminin sahibi “Qazprom-Ermənistan” şirkətidir. “Qazprom” isə heç vaxt rəqibini yaxına buraxmayacaq.

Politoloq Quram Marxuliya da İran qazının Ermənistan və Gürcüstana, eləcə də bu ölkələrin ərazisindən keçməklə birbaşa Avropaya çıxarılmasını mümkünsüz sayır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məsələni bilərəkdən qabartmaqla və tez-tez mətbuatda bununla bağlı yalan məlumatlar yaymaqla ictimaiyyəti aldadır. Ermənistan hökuməti yaxşı başa düşür ki, onlara heç kim “Qazprom-Ermənistan” ilə olan müqaviləni pozmaq imkanı verməz. Digər tərəfdən yeni xətlər, kəmərlər çəkilməli, infrastruktur yaradılmalıdır. Bunu üçün isə küllü miqdarda sərmayə lazımdır. Heç bir maliyyə institutu və ya dövlət risk edib belə bir sərmayəni yatırmaz.

Digər analitik və iqtisadçı ekspertlər bu fikirdədir ki, Gürcüstan enerji təhlükəsizliyini qorumaq və inkişaf etdirmək üçün müxtəlif yollar axtara bilər. Bu gün paytaxt Tbilisi yaxınlığında təbii qaz anbarının tikintisi ilə bağlı müəyyən işlər görürlür. Eyni zamanda, Rusiyadan Ermənistana satılan qazın Gürcüstan ərazisindən nəqli ilə bağlı “Qazprom”dan təbii qaz alınması və s. məsələlər mövcuddur. Lakin İran qazının alınması bu gün Gürcüstan üçün məqbul və əlçatan deyil.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM