Mədəniyyət geniş məfhum olub hər bir xalqın formalaşdırdığı maddi - mənəvi dəyərlər toplusu hesab edilir.Müasir dövrdə tikinti mədəniyyəti, istehsal mədəniyyəti, istehlak mədəniyyəti ilə bərabər, hər bir xalqın dünyasını dəyişən şəxslər üçün bu və ya digər formada qeyd etdiyi “hüzn mədəniyyəti” deyilən bir mədəniyyət növü formalaşıb. Son illər Naxçıvanda yas mərasimlərinin təşkili zamanı israfçılığa yol verilməməsi, dini qaydalara riayət edilməsi ölkə səviyyəsində də nümunə hesab olunur.
Yas mərasimlərinin təşkilindəki çətinliklər
Yaxşı xatırlayırıq ki, əvvəllər yas mərasimi yas çadırının gətirilib qurulmasından, sökülüb aparılmasınadək olan mərhələni əhatə edirdi və bu müddətdə kənd camaatı soyuq qış günlərində xeyli əziyyətə qatlaşmalı olurdu. Yaxından-uzaqdan gələn qonaqların qarşılanıb yola salınması isə belə şəraitsiz yerdə utanc verici idi. Qohum-əqrəbadan yas mərasiminin keçirilməsi üçün toplanılmış qab-qacağın yuyulub “təhvil verilməsi” də ayrıca bir məşəqqət, hətta bəzilərinin qırılması isə xəcalət idi. İsti yay günlərində istidən, soyuq və yağıntılı yaz-payız-qış mövsümlərində isə soyuq və yağıntının təsirindən dözülməz şəraitdə keçirilən yas mərasimləri doğrudan da “ ölənlə bərabər ölmək” anlamına gəlirdi.
Yas mərasimlərində ehsan (çay və yemək) ənənələri
Əvvəllər yaşlı-cavan fərq etməz, doğmasını, yaxınını itirmiş şəxslər yas mərasimi yerinin hazırlanmasını,mərhuma verəcəyi ehsanın xərclərini, yoxsa ailə başçısını , yaxınını itirdikdən sonra ailəsinin necə keçinəcəyini düşündüyü bir vaxtda “başını itirir” və nə edəcəyini belə fikirləşə bilmirdi.Ona görə də, bu məsələlərin həlli yeni bir mədəniyyətin formalaşmasını zəruri edirdi.Düzdür, ənənənin dəyişdirilməsi, yeni qaydaların tətbiqi hər şeyin yenisinin qəbulu zamanı bəzi xırda-para söz-söhbətə və narazılıqlara səbəb olsa da, sonradan hamının xeyrinə yönəlmiş bu mədəniyyət qəbul edildi və bəyənilərək adət-ənənəyə çevrildi.
Artıq Naxçıvanda bir neçə il bundan əvvəl tətbiq edilən yas mərasimi dövründə çay məclisinin sadəcə limon, çay və qənddən ibarət olması ölkəmizin hər yerində örnək olaraq qəbul edilir. Ehsan yeməyinin də sadəcə plovdan ibarət olması və ehsan vaxtının 3-4 saatdan bir saatadək qısaldılması xalqın maddi və mənəvi rifahına hesablanmış bir addım idi. Kütləvi ehsanların da bu yolla aradan qaldırılması yeni mədəniyyətin carçısı idi. Axı artıq xərc və artıq əziyyət ölü sahibinin narahatlığı və yersiz qayğısından başqa bir şey deyildi. Əlavə xərclərin ölüyə heç bir xeyrinin olmadığı halda, dirilərin “ölməsinə” səbəb olmağı gün kimi aydın idi. Bu gün Naxçıvanımızda yaşından, cəmiyyətdəki sosial mövqeyindən, maddi vəziyyətindən asılı olmayaraq hər yas mərasiminin eyni menyu və eyni müddət ərzində keçirilməsi “Yas mərasimi mədəniyyətinin Naxçıvan modeli”niformalaşdırıb.
Qəbristanlıqlardakı səliqə
Qeyd olunan model özlüyündə qəbristanlıqlarımıza da sirayət etdi və bundan hər kəs yararlandı. İsrafçılığa və dırnaqarası “şöhrətpərəstliyə” qəbiristanlıqlarımızda da son qoyuldu. Əvvəllər əhalinin qəbir çəpərlərinin arasından keçərək, qəbiristanlığın mərkəzindəki qəbirlərə çatması da müşkül bir iş idi. El adətincə müvafiq günlərdə ( İlaxır çərşənbəsi günü, mərhumun ildönümü və ya digər günlərdə) “qəbir ziyarəti” adlandırılan ayini yerinə yetirmək xüsusi bacarıq tələb edirdi. İrəli sürülmüş xeyirxah təşəbbüs sayəsində ötən illərdə qəbiristanlıqlarımız lüzumsuz dəmir şəbəkələrin, dəb-dəbəli qəbir daşlarının “istila”sından azad olundu.Bu gün qəbiristanlıqlarımızda mərhumun məzarının standart ölçüyə malik qəbir daşları ilə “götürülməsi” adəti də formalaşıb.Bu addım da insanları lüzumsuz xərclərdən xilas etdi.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, istər dəfn mərasimi, istərsə də qəbirüstü ziyarət zamanı qəbiristanlığa gedənlər tərəfindən burada yatan şəhidlərimizin qəbirlərinin əlavə olaraq ziyarət edilməsi qəbiristanlıq mədəniyyətimizin kuliminasiyası hesab edilə bilər. Bu addım vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə göstərilən sonsuz ehtirama dəlalət edir.
Yas mərasimlərinin idarə edilməsindəki üstünlüklər
Bu gün muxtar respublikada yas mərasimlərinin müvafiq Dini Qurumlarla İş üzrə Dövlət Agentliyindən sertifikat almış, təhsilli din xadimləri tərəfindən aparılması da təqdirəlayiq addım kimi qiymətləndirilməlidir.Din xadimlərinin yas mərasimlərində İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”-in ayələrini oxuyub, mümkün qədər təfsir verməsi dinimizin öyrənilməsində və təbliğində böyük rol oynayır. İndi savadlı və bacarıqlı yeni nəsil din xadimlərinin yetişməsində dövlət qayğısı yüksək səviyyədədir. “Naxçıvan” Universitetində “Dinşünaslıq” ixtisasının fəaliyyət göstərməsi bu sahədə peşəkar kadr hazırlığının aparılmasına töhfə verir. Bu gün din xadimləri xüsusi geyim formaları ilə təmin edilib,dini icmalara xidməti avtomobillər təqdim olunub.Bir sözlə,mərasimlərin dini qaydalara uyğun təşkil edilməsi, dini mövhumatçılıq və xurafata yol açmır, insanlar radikal və dini nifrət yayan cərəyanlardan uzaqdırlar.
Mərasim evləri Naxçıvan mədəniyyətinin bir parçasına çevrilib
Hazırda muxtar respublikanın hər yerində olduğu kimi Babək rayonun kəndlərində 20-dən çox mərasim evi tikilib. Belə mərasim evlərindən ikisi də rayonun böyük kəndlərindən biri olan Cəhri kəndindədir. Mərasim evinin tikilməsi kənd əhalisinin xeyirxah insanları ilə dövlətin birgə əməyi nəticəsində ərsəyə gəlib. Cəhridə mərasim evinin birincisi 2018-ci ildə əhalinin ixtiyarına verilib. Mərasim evi Cəhrinin birlik, bərabərlik, həmrəylik simvoluna çevrilib. Artıq bu iri yaşayış məntəqəsində ikinci mərasim evinin də tikintisi sürətlə aparılır. Hər iki mərasim evində qadınların və kişilərin ayrıca oturması üçün geniş və işıqlı zallar fəaliyyət göstərir. Mərasim evləri zəruri mətbəx mebelləri və əşyaları ilə təmin olunub.İndi dünyasını dəyişmiş şəxsin yaxınları nə çadır,nə qab-qacaq, nə də hüzr yerində istilik yaratmaq üçün odun-ocaq dalınca qaçmır. Buradakı xidmətlər tam ödənişsizdir. Yəni, bu evlər qazanc yox, xeyirxahlıq, humanistlik, alicənablıq məqsədilə tikilib.
Sevindirici haldır ki, milli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla və yüksək zövqlə inşa edilmiş mərasim evləri bu gün həm də ümumxalq mərasimlərinin keçirilməsi üçün əlverişli məkandır. Bu il 20 yanvar və Xocalı faciəsinin ildönümü günündə Cəhri kəndindəki mərasim evində şəhidlərimizə ehtiram əlaməti olaraq ehsan süfrəsi açıldı, şəhid qəbirləri ziyarət edildi.
Dini dəyərlərimizin olduğu kimi insanlara çatdırılması bu sahədə əsaslı dönüş yaratdı.İslam dini və müqəddəs kitabımız olan “Quranı-Kərim”də buyurulan əməllərə bir daha sadiqlik nümayiş etdirildi və nəticə etibarilə bu tədbirlər həm də insanları izafi, gərəksiz xərclərdən azad etdi.Bu zəngin dəyərlər sistemi bundan sonra da yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir.
Natiq Məmmədov,
ziyalı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM