Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxış edib.
XİN-dən bildirilib ki, tədbir iştirakçılarına və konfransın təşkilatçılarına minnətdarlığını bildirən Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığının irəli aparılmasında önəmli rol oynayan bir sıra məqamlara toxunub. Bildirib ki, Cənub-Cənub əməkdaşlığı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllində və onların inkişafına vacib töhfə verən mühüm əhəmiyyət kəsb edən vacib bir proses olaraq artan və dinamik fenomendir. Qloballaşma və iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası kimi, həm də BMT-nin əsas məqsədi olan inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib şərtə çevrilib.
“Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşulmaqla, Azərbaycan hazırda qlobal Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) milli siyasət və proqramlara çevirməklə, milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq üçün səylərini artırır. İnklüziv və dayanıqlı inkişaf əldə etmək, neftdən asılı iqtisadiyyatdan daha şaxələnmiş iqtisadiyyata keçid etmək, insan inkişafına davamlı sərmayələr yatırmaq və Azərbaycanın ixrac potensialını tam şəkildə açmaq üçün regional və qlobal bazarlarla daha sıx əlaqələr qurmaq hökumətin əsas prioritet istiqamətləri sırasındadır”,- deyə nazir vurğulayıb.
DİM-lərin və onların regional əlaqələndirilməsinin effektiv həyata keçirilməsini təmin etmək üçün Azərbaycan BMT-nin ölkə öfisi ilə əməkdaşlıq çərçivəsində, milli dayanıqlı inkişaf gündəliyinin implementasiya vasitələrini müzakirə etmək, müvafiq bilik və təcrübə mübadiləsi aparmaq, DİM-lər ilə əlaqədar ən yaxşı beynəlxalq təcrübələri öyrənmək məqsədilə keçən il davamlı inkişaf üzrə Bakı Forumunu təşkil etmişdir. DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsi üzrə məsul olan rəsmilərin, habelə BMT nümayəndələri və beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi konfransda, DİM-lərin milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair “Bakı prinsipləri” qəbul edilmişdir ki, bu da bilik mübadiləsi üçün yaxşı bir əsas rolunu oynaya bilər.
BMT-nin ölkə ofisi və BMT-nin Cənub-Cənub Əməkdaşlığı ofisi tərəfindən 2016-cı ildə keçirilən “Azərbaycanda Cənub-Cənub və Üçtərəfli Əməkdaşlığın inkişaf etdirilməsi üçün istiqamətlər və imkanlar“ üzrə milli qiymətləndirmə göstərir ki, Azərbaycan müxtəlif inkişaf sahələrində, məsələn effektiv ictimai xidmət, təhsil, əmək və sosial müdafiə, gənclərin səlahiyyətlərinin artırılması, minatəmizləmə fəaliyyəti və digər sahələrdə öz ekspertizasını bölüşmək üzrə müqayisəli üstünlüyə malikdir.
Elmar Məmmədyarov qeyd edib ki, son 15 il ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanıb və bu da ölkəni yardım qəbul edən ölkədən donor ölkəyə çevirib. Belə sosial-iqtisadi artım, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişafa dəstək üçün Azərbaycana müraciətlərin artmasına gətirib çıxarıb. Məhz belə müraciətləri vaxtında və yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə, 2011-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) yaradılıb.
AİDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün, insan və institusional qabiliyyətin artırılması, yaxşı təcrübələri həmin ölkələrin milli və strateji planlarına uyğun bir şəkildə bölüşülməsi vasitəsilə bir çox mexanizmlərdən istifadə edir. Ötən illər ərzində, 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AİDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalanıb: “Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır”.
Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) və inkişaf etməkdə olan kiçik ada ölkələri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişafa Yardımın (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyati mənbələr təqdim edir. Onlar həmçinin digər inkişaf etməkdə olan ölkələrin də onların sıralarına qoşulması və donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər.
Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. “Biz, ərazilərimizin 20 faizinin 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirmişdir. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə, onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplamışdır.
Xarici işlər naziri deyib ki, donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək”, -deyə Elmar Məmmədyarov vurğulayıb.
Nazir, Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini söyləyib: “Biz inanırıq ki, Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını və mexanizmlərini müzakirə etmək və müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayından etibarən başlayan Hərəkatın sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərəcəkdir”.
Azərbaycan hesab edir ki, bu cür imkanlardan biri inkişaf etməkdə olan ölkələrin gəncləri üçün həyatı boyu təhsil imkanlarının təşviqi və onların inklüziv və bərabərhüquqlu keyfiyyətli təhsil ilə təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə, ötən il ölkəmiz 2018-2022-ci illər üçün tam təqaüd proqramlarını qəbul edərək, illik əsasda Azərbaycanın ali müəssisələrində Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən 40 tələbəyə ali təhsil almaq imkanı yaradıbr. Beş illik proqramın insan kapitalının gücləndirilməsinə və İKT və Qoşulmama Hərəkatının ölkələrində dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfə verəcəyi gözlənilir.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycan 2030 Gündəliyinin həyata keçirilməsi və ictimai xidmətlərin səmərəli təşviqində yeni texnologiyaların istifadəsinə yüksək əhəmiyyət verir. 2018-ci ildə BMT İnsan hüquqları Şurası Azərbaycanın təşəbbüsü ilə “Şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin çatdırılması vasitəsilə İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməni yekdilliklə qəbul edib. Bu qətnamə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün insan hüquqları standartlarını qarşılamaq üçün əsas sahələrindən biri kimi ictimai xidmətlərinin mühüm əhəmiyyətini işıqlandırıb. Bu həmçinin uğurlu ictimai xidmətlərin göstərilməsinə görə 2015-ci ildə BMT-nin mükafatı ilə təltif edilmiş Azərbaycanın xidmət göstərmə brendi olan “ASAN xidmət” konsepsiyasını təşviq edir və bu xüsusda, Cənub-Cənub əməkdaşlığının ölkələri arasında sahələrdən biri kimi istifadə edilə bilər.
Nazir yekunda xatırladıb ki, inkişaf etməkdə olan ölkələr və BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələri arasında güclü tərəfdaşlıq, inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialını açmağa yardımçı olacaq və bütün beynəlxalq ictimaiyyət bundan faydalanacaq. Bu konfrans, əlbəttə, Cənub-Cənub əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcək.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM