XİN: Ermənistan baş nazirinin mülahizəsini əsaslandıran hər hansı sənəd və qərar mövcud deyil

21:52 / 21.03.2019

Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin şərhində yer alıb.

XİN-dən  daxil olan şərhdə deyilir: “Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə əks etdirən Minsk qrupu həmsədrlərinin son bəyanatına bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış ediblər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.

Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.

İkincisi, ATƏT-in 1992-ci il martın 24-də Helsinkidə Nazirlər Şurasının əlavə görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: “Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasını - erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə, müvafiq razılaşmadan sonra baxıla bilər.

Üçüncüsü, ATƏT-in 1994-cü il Budapeşt qərarından sitat gətiririk: “Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimlənməsində “maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi.

Xatırladırıq ki, hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: “İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə Azərbaycan tərəfinə münasibətdə formal üstünlük verməsi, hətta onları “seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağın hər iki icmasının bərabərhüquqlu olduğu bəyan edilib.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt sülh prosesinin uğuruna və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM