"Maraqlı təklifləri dəyərləndirə bilərəm" – Jezniçak "Qarabağ"dan gedir?

09:17 / 27.03.2019

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, Ağdam klubundakı vəziyyətindən danışan 32 yaşlı futbolçu gələcək planlarından da söz açıb.

- Gəlin, əvvəlcə “Qarabağ”dakı vəziyyətinizdən başlayaq. Son vaxtlar ehtiyatda qalırsınız. Ümumiyyətlə, bu mövsümdəki çıxışınızı necə qiymətləndirərdiniz?

- Deyə bilərəm ki, vəziyyət təkrarlanır. Ötən mövsümdə də buna bənzər şeylər oldu. Yaza nisbətən payızda daha çox oynadım. Avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütün diqqətiizi daxili yarışlara yönəltdik. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda belə bir qayda var: meydanda 5 yerli və bir gənc futbolçu olmalıdır. Ona görə də legionerlər üçün cəmi 5 yer qalır. Bunun üçün oyunlarda daha çox hücumlara şans verməyi sevən məşqçimizin yanaşmasını bilmək lazımdır. Bu mənada, müdafiə xəttindədəki 3 yerdən biri uğrunda mübarizədə Donald Gerye ilə aramızda çətin vəzifə dayanır. Bütün bunlar mənim tez-tez ehtiyat oyunçular skamyasında oturmağıma təsir edir. Özümü bu vəziyyətə hazırladığımı etiraf edirəm. Çünki bu barədə məni Çempionlar Liqası və Avroliqa oyunlarında əsas heyətə qoyan məşqçi ilə danışmışam. Bundan başqa, elə yaşdayam, elə təcrübəm var ki, artıq emosiyalar daha az rol oynayır. Bunu soyuqqanlı qarşılayıram, çünki bəzi məsələlərə təsir edə bilmərəm.

- Avrokuboklardan bəhs etdiniz. Yəqin ki, “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq imkanı qazanmaq sizin üçün maraqlı olub...

- Son 3 ildə cəlbedici rəqiblərlə qarşılaşdığım üçün bəxtim gətirib. Sərgüzəştlər “Legiya”da Dortmund “Borussiya”sı və “Real”la oyunlarla başladı. Daha sonra “Çelsi”, “Roma” və “Atletiko”, öz növbəsində, bu mövsüm Avropa Liqasında yuxarıda adları çəkilən “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq da fenomenal oldu. Bunlar, şübhəsiz, Avropanın top-klublarıdır. Gələcəkdə yada salacağım və nəvələrimə danışacağım xatirələrim olacaq. Xüsusilə Çempionlar Liqasında qrup mərhələsinə çıxmaq mənim üçün ən üst səviyyə idi.

- “Qarabağ”da olmaq – bu, sizin üçün təkcə futbol oynamaq deyil. Əvvəllər tez-tez Azərbaycandakı həyatınızdan zövq aldığınızı deyirdiniz. İki ildən sonra fikirlərinizdə dəyişiklik olubmu?

- Yenə də ancaq ölkənin üstünlükləri haqda danışa bilərəm. Bunu Bakıda çəkdiyim və tez-tez sosial şəbəkələrdə yerləşdirdiyim şəkillər də sübut edir. Mənə baxan insanlar dəyişikliyi, orada necə yaşadığımı görürlər. Polşa ilə müqayisədə burada isti və günəşli hava üstünlük təşkil edir. Tez-tez vaxt mehriban insanlarla qarşılaşa bilirsən. Əlbəttə, mədəni fərqlər var, amma bunar elə də nəzərəçarpan deyil. Hə, İslam ölkədə dominant dindir. Amma digər ölkələrdəki kimi ifrat dərəcədə deyil. Hətta burada qadınlar üzlərini gizlətmirlər. Azərbaycanda olduğum üçün təəssüflənə bilmərəm. Hər şeydən öncə sakit həyatım var. Ömrümün demək olar ki, yarısını Varşada keçirmişəm və çox insanla qarşılaşmışam. Buna görə tez-tez harasa gedir, dostlarımla görüşürdüm. Hətta Bakıya gələndən sonra həyat yoldaşımla yüngül şok keçirdik: rahat yuxudan dura, kofe içməyə gedə bilirik. Heç nəyi Polşadakı kimi tez-tələsik etmirik. Özümü bir az da məzuniyyətdə hiss edirəm. Çünki məşqlərdən sonra xeyli boş vaxtlarımız olur.

- “Qarabağ”la müqaviləniz iyun ayının sonunda bitir. Müddəti daha bir il uzatmaq istərdiniz?

- Mənə qalsa, istərdim. Amma, baxaq, necə olacaq. Burada müqavilənin yenilənməsi Polşadakından bir az fərqlənir. Bununla bağlı söhbət bəzən müqavilə müddətinin bitməsinə az qalmış, bəzən də vaxt qurtarandan sonra olur. Hələlik mövsümün sonunu gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək. Yəqin ki, üfüqdə başqa ekzotik ölkələrdən maraqlı təkliflər görünəcək. Onlardan birini dəyərləndirə bilərəm.

- Polşaya qayıdış ekzotik deyil. Amma “Legiya”dan hansı şərtlərlə təklif gözləyərdiniz?

- Hələ heç nə baş verməyib. Ona görə də indi nəsə demək mümkün deyil. Hazırda “Legiya”nın yaxşı heyəti var. Əlbəttə, ətraflı nəsə olsa, nəzərdən keçirə bilərəm. Ürəyim hər zaman bu komanda ilə döyünəcək. Bu forma ilə meydanda çox can qoymuşam. Odur ki, “Legiya” həmişə mənim üçün ilk sıradadır. Futbolçu həyatı elədir ki, harada istəyirsənsə, orada da oynayırsan.

- Artıq 32 yaşınız var. Necə düşünürsünüz, millinin qapıları üzünüzə bağlanıb, yoxsa hələ çağırılmaq ümidiniz var?

- Bu barədə düşünmürəm. Oynayıram, öz işimi görürəm Amma düşünürəm ki, yığmanın müdafiə xətti komplektləşib. Kamil Qlik, Yan Bednarek, Mixal Pazdan kimi oyunçular var. Sonuncu Türkiyə çempionatında çıxış edir. Bu gün Superliqa Azərbaycan və Polşa çempionatlarından güclüdür. Hazırda Türkiyədə oynayan “Qarabağ”dan keçmiş komanda yoldaşım İbrahim Şehiçlə söhbətimiz olub. O dedi ki, Mixal “Ankaragücü”nə keçdikdən sonra öz inamlı oyunu ilə komandanın simasını dəyişib. Ona görə də düşünürəm ki, hazırkı məqamda yığmada 3 mərkəz müdafiəçisinin olması kifayət edir.

- Polşada çempionluq uğrunda “Lexiya” və “Legiya”, Azərbaycanda isə “Qarabağ” və “Neftçi” klubları mübarizə aparırlar. Sona hələ bir neçə tur var. Şansları necə dəyərləndirirsiniz?

- Bizim heyətimiz “Neftçi”dən daha yaxşıdır. Hə, onlar bu mövsüm yaxşı oynayırlar. Maraqlı futbolçuları var. Amma qarşıda hələ çox oyun olacaq. Çempionata məhz “Neftçi” və “Qarabağ” arasındakı matçla yekun vurulacaq. Deyərdim ki, mövsümün oyunu olacaq. Bundan başqa, biz ölkə kubokunda da mübarizəni davam etdirir.

 
 
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM