Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində ilk rəsmi görüş keçirildi. Bu rəsmi görüşün ardınca üç həmsədr dövlətin təmsilçiləri və münaqişə tərəfi olan iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yekun bəyanat imzalandı. Həm danışıqlar prosesi, yekunda imzalanmış bu bəyanat bir sıra nəticələr çıxarmağa əsas verir. Birinci ən mühüm nəticə odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan cidd-cəhdlə çalışmasına baxmayaraq, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişilməsinə nail ola bilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində danışıqlar formatının qorunub saxlanılması və danışıqların bundan sonra da mövcud format əsasında aparılması haqqında razılaşma əldə olunub. Paşinyan isə hər zaman istəyirdi ki, məhz format dəyişsin və qondarma rejim danışıqlar tərəfi kimi bu prosesə cəlb olunsun. Yəni, bu, artıq mümkünsüzdür və razılaşma var.
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Deputat bildirib ki, eyni zamanda, xarici işlər nazirləri arasında yaxın zamanda görüş keçirilməsi ilə bağlı da razılaşma var. Burada da məhz Ermənistan və Azərbaycan xarici işlər nazirləri nəzərdə tutulur. Heç bir halda qondarma rejimin, qondarma xarici işlər nazirinin iştirakından söhbət getmir. Bunlar çox vacib məsələlərdir. Bu danışıqların gedişində əldə edilmiş razılaşmalar sırasında münaqişənin həlli ilə bağlı etimad mühitinin yaradılması, danışıqların davam etdirilməsi üçün əlavə tədbirlərin görülməsi əsas razılaşmalar da var. Xüsusi münbit mühitin formalaşması deyəndə nə nəzərdə tutulur? İlk növbədə, humanitar sahədə əlaqələrin yaradılması, xüsusilə də ictimaiyyət nümayəndələri, insanlar arasında təmasların qurulması və xalq diplomatiyasının işə salınması əsas hədəflər sırasındadır. Yəni, elə bir mühit formalaşsın ki, dövlət başçıları səviyyəsində aparılan danışıqların uğurlu olmasına xidmət göstərsin. Artıq xalqlar, ziyalılar bir-biri ilə təmasda olsunlar. Görsünlər ki, qonşu olaraq yanaşı yaşaya bilərik. Bu etimad mühitini formalaşdırmaq lazımdır ki, bununla da bağlı razılaşma əldə olunub.
Elman Nəsirov qeyd edib ki, bu görüşə BMT baş katibi səviyyəsində də qiymət verildi. O da bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Beləliklə, belə bir qənaətə gəlmək olar ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə yeni bir təkan verildi. Ermənistanın yeni hakimiyyət ilə Azərbaycan hakimiyyəti arasında artıq doqquz görüş olub. Bunun beşi xarici işlər nazirləri, dördü isə dövlət başçıları səviyyəsində görüşdür. Artıq kəmiyyət baxımından intensivlik var, indi əsas bunun keyfiyyət halına keçməsi məsələsidir. Güman olunur ki, bundan sonra xarici işlər nazirlərinin danışıqlarında artıq konkret məsələlər üzrə məzmunu, mahiyyəti üzrə danışıqlar prosesi davam etdiriləcək. Paralel şəkildə də əhalinin sülhə hazırlanması, bunun üçün münbit etimad mühitinin formalaşması əsas hədəflər sırasındadır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM