Vergilər Nazirliyi vətəndaşların istifadəsinə daha bir elektron xidmət verib. Bu xidmət sayəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər (MMC) elektron imza olmadan mobil nömrə və FİN koddan istifadə edərək onlayn qaydada dövlət qeydiyyatına alınacaq.
Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, elektron imzası olmayan istifadəçi İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə daxil olmaq üçün mobil telefon nömrəsini və FİN kodunu daxil edib "daxil ol" düyməsini sıxmalıdır. Daxil edilən mobil nömrənin həmin FİN koda aid olması yoxlanılır, uyğunsuzluq olduğu halda vətəndaşın sistemə daxil olmaq imkanı məhdudlaşdırılır. Bu barədə ekranda "Siz bu mobil nömrənin sahibi deyilsiniz. Dəqiqləşdirilməsi üçün mobil operatora müraciət etməyiniz tövsiyə olunur" yazısı çıxır.
Daxil edilən mobil nömrənin həmin FİN koda aid olduğu halda mobil nömrəyə 6 rəqəmli təsdiqləmə kodu göndərilir və həmin kodu açılan xanaya daxil etmək lazımdır. Təsdiq kodu ekrana gəlmədiyi halda yenidən təsdiq kodunu tələb etmək imkanı yaradılır. Təsdiqləmə kodu daxil edildikdən sonra "Qəbul" düyməsi sıxılır və istifadəçi "Onlayn Kargüzarlıq" bölməsinə daxil olur. Burada ərizə növü kimi "H/Ş elektron qeydiyyatı" seçilir və "Adi qeydiyyat ərizəsi (elektron imza olmadan)" bölməsinə klik edilir.
Hüquqi şəxsin elektron qeydiyyatı ekranı açılır və tələb olunan məlumatlar - MMC-nin adı, nizamnamə kapitalının məbləği və təsisçiləri, MMC-nin hüquqi ünvanı və idarəetmə orqanları, müşahidə şurası və MMC-nin fəaliyyət sahəsi barədə məlumatlar ardıcıllıqla sistemə daxil edilməlidir. Növbəti səhifəyə cəmiyyətin vergi mükəlləfiyyəti daxil edilir və əgər ƏDV qeydiyyatı seçilmişdirsə, o zaman qeydiyyatın qüvvəyə minmə tarixi qeyd olunur. Həmin səhifəyə açılmalı olan bank hesabı (ları) barədə məlumatlar (bankın və bank filialının adı, hesabın növü və valyutası) daxil edilir. İstifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını da sistemə daxil etməlidir. Ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir.
Növbəti mərhələdə şəxsi və qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə biznes “Asan İmza” sertifikatının əldə edilməsi üçün təmsilçinin mobil telefon nömrəsi sistemə daxil edilir. MMC-nin yaradılmasına dair təsisçilər və rəhbər tərəfdən kağız formatda imzalanmış ərizə (PDF) sistemə yüklənir.
Məlumatlar daxil edildikdən sonra istifadəçi (rəhbər) "İrəli" düyməsini sıxır, daxil edilən məlumatlara əsasən avtomatik hazırlanan "Ərizə" və "Nizamnamə" sənədləri ilə tanış olur. İstifadəçi (təmsilçi) "Təsdiqləyəcək şəxslər" düyməsinə klik etdikdə MMC-nin qeydiyyat ərizəsi və nizamnaməsi təsisçi (lər) və təmsilçinin "Təsdiqlənəcəklər" qovluğunda əks olunur, təsisçi (lər) və təmsilçi tərəfindən "Təsdiq" edildikdən sonra təmsilçi qeydiyyat ərizəsini göndərir. Əlavə olaraq, istifadəçinin "Təsdiqləyəcək şəxslər" ekranı vasitəsilə həmin ərizənin təsdiq olunub-olunmamasına baxmaq imkanı olur. Rəhbər və təsisçi eyni şəxs olduqda, ərizənin "Təsdiqləyəcək şəxslər" bölməsinə göndərilməsinə ehtiyac olmadan "Təsdiqlə və göndər" düyməsinə klik etmək kifayətdir.
Qeydiyyat ərizəsi göndərildikdən sonra "Yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qeydiyyatı haqqında elektron ərizənin qəbul edilməsi barədə" bildiriş ekranda əks olunur. Bildirişdə MMC-nin dövlət qeydiyyatına alınmasını təsdiq edən VÖEN və ərizənin Vergilər Nazirliyinin "Bir Pəncərə" sistemində qeydiyyata alındığı kargüzarlıq nömrəsi görünür.
Ərizə qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış, eyni zamanda MMC-nin qeydiyyata alınması barədə Məlumat VÖEN-in elektron kabinetinə göndərilir. MMC-nin elektron kabinetinə ilk dəfə daxil olan zaman vergi orqanının kargüzarlıq nömrəsi ilə VÖEN-nin "Gələnlər" qovluğuna daxil olan məlumatı şirkətin rəhbəri gücləndirilmiş elektron imza ilə imzalamalıdır. Eyni zamanda, ƏDV qeydiyyatı barədə, bank hesabının açılması üçün şəhadətnamə dublikatın alınması barədə ərizələr vergi orqanında icraya qəbul edilir və icra olunur.
MMC-nin rəhbəri üçün “Asan İmza” biznes sertifikatının alınması məqsədilə müraciət müvafiq “ASAN xidmət” mərkəzinə göndərilir və icra olunur. MMC ilə işçilər arasında bağlanan əmək müqavilələrinin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) informasiya sisteminə ötürülür. Qeydiyyat orqanı qanunvericilikdə müəyyən edilən əsaslar üzrə MMC-nin dövlət qeydiyyatının aparılmasından imtina etdiyi halda müvafiq qərar istifadəçinin şəxsi kabinetinə göndərilir. Bank hesabının açılması üçün şəhadətnamə-dublikat bildirişi Vergilər Nazirliyi tərəfindən müvafiq bank idarələrinə göndərildiyi andan etibarən bankın səlahiyyətli nümayəndəsi VÖEN və Şəhadətnamə-dublikat bildirişinin nömrəsini daxil etməklə, gücləndirilmiş elektron imza ilə imzalanmış formatda Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış sənədlərinə baxış imkanı əldə edə bilər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM