Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi (DGK) və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
DGK-dən verilən məlumata görə, özünü iş adamı kimi təqdim edən Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmayıb və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edir.
Digər bir iddia isə ondan ibarətdir ki, guya, ixrac edilən malların invoys dəyəri gömrük orqanları tərəfindən məcburi qaydada artırılır və bununla da sahibkar əlavə vəsaitlər itirir.
DGK bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.
İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 (iyirmi min) manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.
Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (otuz min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib. Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb.
Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib.
Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib.
Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil.
Onu da qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu DGK-nin aidiyyəti strukturunun məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib. Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür.
Üstəlik, özünün ifadə etdiyi kimi, "formal xarakterli" müqavilə əsasında deyil, qanunauyğun şəkildə fəaliyyət göstərəcəyi təqdirdə ixrac etdiyi malların gömrük dəyərinin 3 faizi həcmində vəsait dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər çərçivəsində, təsdiqedici sənədlərə əsasən, ixrac təşviqi kimi onun Azərbaycan Respublikasındakı bank hesabına köçürülə bilərdi.
DGK bir daha bildirir ki, qanuni fəaliyyət göstərən xarici iqtisadi fəaliyyət iştirakçıları daim gömrük orqanları tərəfindən dəstəklənir, bilərəkdən qanunlardan yayınmağa çalışanlara qarşı isə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM