Nazirlik: Saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkarlanıb

13:41 / 03.04.2019

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilən və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar olunub.

Bu barədə  nazirliyin Media və kommunikasiya mərkəzindən məlumat verilib.

Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi ilə spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Tədbir zamanı, qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin Vergilər Nazirliyi tərəfindən Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən olunub.

Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa, baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib. Saxta məhsulların hazırlanmasında Ə.Həmidovdan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır. Aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

Vergilər Nazirliyi vergiödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilən və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir.

Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vergilər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM