FHN-də “Diqlas”la bağlı toplantı keçirildi

13:52 / 03.04.2019

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.

 

İ.Əliyev bildirib ki, DYNX-nın əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İ.Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.

 

İ.Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində "Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.

 

Sonra çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov "Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O, əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, "Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli "Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

 

Nazir Kəmaləddin Heydərov "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. O, həmçinin ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyev və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM