Arye Qut: Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır

12:26 / 04.04.2019

Çoxillik münaqişə vəziyyətində olan iki dövlətin liderlərinin görüşünün mümkün və zəruri olması barədə çoxdan danışırdılar. Ermənistanda “məxməri inqilab” adlandırılan hadisələr nəticəsində siyasi rejim dəyişəndən sonra ikitərəfli münasibətlərin nizamlanacağına müəyyən ümid yarandı. Hərçənd hər iki tərəfin gözləntiləri fərqli və tamamilə bir-birinə ziddir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Uzun fasilədən sonra ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan rəhbərliyi arasında rəsmi görüş təşkil edilib. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır”.

Tanınmış israilli ekspert Arye Qut Strategiya.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Vyanada keçirilmiş görüşü bir daha təsdiq etdi ki, danışıqların formatında heç bir dəyişiklik olmayacaq, hərçənd Ermənistanın baş naziri buna çox ümid edirdi. Ermənistanda “məxməri inqilab”ın liderinin bu cür yelbeyin və bəsirətsiz niyyətləri yeni baş nazirin qeyri-peşəkarlığına, onun strateji təfəkkürünün olmamasına və böyük siyasət üçün əsla yaramadığına dəlalət edir. Prezident İlham Əliyev ilə Nikol Paşinyanın Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan təxribat xarakterli bəyanatla çıxış edərək “sülh müqabilində ərazilər” formatını dəyişdiyini bildirib. Tonoyan deyib: “Mən müdafiə naziri kimi deyirəm: Mən “sülh müqabilində ərazilər” formatını dəyişmişəm. Biz bunun tam əksini edəcəyik: “yeni ərazilər uğrunda yeni müharibə. Heç bir güzəşt olmayacaq. Kompromislər mümkündür. Biz bu səngər vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən çıxacağıq”.

Arye Qutun fikrincə, belə vəziyyətdə bu cür bəyanatlar ona gətirib çıxaracaq ki, müharibə Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olacaq. İsrailli ekspert vurğulayır: “İki ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin etibarsız, amanabənd olmasını real surətdə hiss etdim. Təəssüf ki, Nikol Paşinyan və onun müdafiə naziri kimi küçədən gəlmiş, “silahla meydan oxuyan” populistlər, əslində, başa düşmürlər ki, indiki güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətində olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, o, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxuya və vahiməyə düşüblər”.

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. O deyir: “İndi Azərbaycan Ordusu - ən güclü, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, intizam və şəxsi heyətin mübariz ruhu deməkdir. Azərbaycanın və Ermənistanın maliyyə imkanlarındakı fərqlər onların müdafiə və hücum potensialındakı fərqlərdə əks olunur. Globalpower.org rəsmi hərbi statistika saytının hesablamalarına görə, həm hərbi, həm də siyasi və iqtisadi amillər, o cümlədən rəsmi Bakının daimi dövlət gəlirləri mənbələrinin olması, Ermənistanın isə bu cür mənbələrinin olmaması nəzərə alınmaqla Azərbaycanın hərbi qüdrəti Ermənistanın müdafiə qabiliyyətindən 1,5 dəfə yüksəkdir. Bu gün müstəqil Azərbaycan ölkənin müdafiə sektoruna Ermənistanın bütün dövlət büdcəsinə uyğun məbləğdə sərmayə qoymağı özünə rəva görə bilər. Təcrübənin göstərir ki, müasir müharibədə döyüş əməliyyatları aparılması üçün kimin daha çox inkişaf etmiş, yüksək texnoloji vəsaitləri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatları zamanı erməni işğalçılarına qarşı İsrailin pilotsuz zərbə aparatlarının səmərəli şəkildə tətbiq edilməsini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar.

Heç kəs unutmayıb ki, 2016-cı il aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı hərbi zərbə endirdi. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Ermənistanın baş naziri və müdafiə naziri çox gözəl bilirlər ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti iflasına və fiaskosuna gətirib çıxaracaq. Mən Azərbaycanın hərbi potensialını Ermənistanla heç müqayisə etmək istəmirəm, çünki bunlar tamamilə müqayisəolunmaz şeylərdir. Zənnimcə, Paşinyan çalışacaq ki, vəziyyət son həddə çatmasın, çünki bundan sonra onun üçün və Ermənistan üçün qarşısıalınmaz nəticələr baş verə bilər”.

A.Qutun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan həm ölkənin, həm də Cənubi Qafqaz regionunun maraqlarına cavab verən düzgün və konstruktiv mövqe tutur.

Azərbaycan Prezidenti İlham Əliyev özü də TASS agentliyinə müsahibəsində bu yanaşmanı təsdiqləyərək danışıqlar prosesini nəticəyə yönəltməyin zəruri olduğunu qeyd edib. O deyib: “Azərbaycan üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”. Bununla bərabər, danışıqlar prosesində irəliləyiş olmasını və Ermənistan tərəfin son zamanlar təkid etməsinə baxmayaraq, danışıqlar prosesinin formatının dəyişməz olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, danışıqlar prosesinə yeni təkan verilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM