Hərkəs gələcəyini yarım il əvvəldən görə bilər - Psixoloq

17:00 / 04.04.2019

İnsanın gələcəyi görmək istəyi  onun öz taleyində olacaqları öncədən bilmək istəyidir. Əvvəlcə "gələcəyi görmək olarmı?" sualına cavab axtaraq. Gələcək və keçmiş kainatın maqnit, kvant sahəsində mövcuddur. Bu sahə dalğa şəklindədir və onu bədənin gözü ilə görmək mümkün deyil.  Təbiətdəki heyvanların maqnit -kvant sahəsində yalnız onlara orient ilə hərəkət etdikləri elmə artıq məlumdur. Onlar küləyin istiqamətini, gedəcəyi yeri, sahibini, calıların emosiyalarını hiss edir. İnsana aid edildikdə isə kvant sahəsində olan, maddi hala keçməyən və hələ məlum olmayan hadisələri görmək , keçmişdən və gələcəkdən xəbər vermək üçün altıncı hiss olmalıdır. Buna ekstrasensorika da deyilir. Həmin hiss insanın ruhunun xüsusiyyətidir.
 
Strategiya.az medicina.az-a istinadən bildirir ki, psixoloq Gülnara İnancın dediyinə görə, beynimizdə durmadan fikir axını baş verdiyi üçün biz kainatın kvant sahəsindən gələn informasiyaları qəbul edə bilmirik. Müasir psixoloji araşdırmalara əsasən , hər bir kəs  öz gələcəyini 10 dəqiqədən yarım ilə qədər əvvəlcədən görə bilər. Amma bunun üçün düşüncə prosesini durdurmaq lazımdır. Biz sual veririk və kainatdan, həmin kvant sahəsindən (Allahdan) cavab gəlir, lakin beynimizdəki fikir axını cavabı eşitməyə imkan vermir. Ekstrasenslər, yaxud falçılar birinin istəyi ilə müxtəlif köməkçi alətlərlə, yaxud onlarsız kvant sahəsinə sorğu göndərir. Cavab isə birbaşa mətn, yaxud məcazi işarələrlə gələ bilər. Belə deyək, ekstrasens nəhəng həyat tablosunun yalnız bir neçə pazlını görür, qalanlarını isə fəhmlə canlandırır. Lakin bununla belə bütün tablonu görmək mümkün deyil. Çünki, insanın tale yolları sonsuz variantlardan ibarətdir və seçim isə insanın öz əlindədir. Falçı da yalnız bu yollardan birini, falına baxdığı insana daha yaxın olanı görür.
 
Daha dəqiq olsaq, insanın fikirlərini, mental hisslərini (yəni hisslərinə uyğun ekvivalent olan fikirlərini) görür. Amma insan fikrini və hisslərini dəyişib başqa bir həyat variantını seçə bilər. Bax bu zaman falçının dedikləri özünü doğrultmayacaq. Gələcək mütləq deyil. Kvant nəzəriyyəsinə görə, o, bizim hiss və fikirlərimizdən formalaşır. Elə isə gələcəkdə baş verəcəkləri də bilmək mümkün deyil. Gələcəyi görməyə çalışmaq energetik yalnız və ziyanlıdır.  Məsələn, sizi bir məsələ narahat edir və bununla bağlı ekstrasessə müraciət edirsiz. O, sizin fikir və hisslərinizlə yaratdığınız tablonun bir fraqmentini görür və ona əsasən gələcəyinizi proqramlaşdırır. Şüuraltınıza təsir edərək gələcəyinizi sizin əvəzinizə həll edir. Sizi başqa bir yol gözləyirdi, amma falçının təsiri ilə  tale yolunuzu darmadağın etdiniz. İndi siz başqasının yazdığı bir "taleni" yaşayacaqsız. Yaradan bizə azad seçim verdiyi üçün bu tip hərəkətlərimizi yalnız müşahidə edir. Bir də qeyd edək ki, bütün həyat variantlarında kvant sahəsindəki artıq mövcud olan tale yolunu və qisməti yaşayırıq.  Yəni, həyat dərslərini fal, cadu vasitəsilə dəyişdirmək mümkün deyil.
 
Gələcəyi bilsək də, orda bizi gözləyən dərsdən qaça bilmərik, çünki onlar bizim ruhumuzun inkişafı üçün nəzərdə tututlub. Burda cəmiyyətimizdə çox fəal müzakirə mövzusu olan cadudan danışaq. Həyatımız bizim fikir və hisslərimizdən ibarətdirsə, o zaman falçı da bizim falımıza baxanda həmin fikirlərin yaratdığı hissləri (yaxud əksinə)"görür". Neqatif hisslərlə illərlə yaşadığımız zaman həyatımıza neqativ, aqressiv hadisələr gətirəcəyik. Falçı da həmin hisslərə əsasən gələcəkdəki neqativ hadisəni "öngörür". Məsələn, əgər sizi maddi problemlər narahat edirsə, sizin ətrafınızda bununla bağlı ağır enerjilər yığılır və uyğun fikirlər yaradır. Artıq uzun illər yaratdığınız neqativ fikirlər və hisslər sizi idarə edir və həyatınızı formalaşdırır. Falçı da həmin gələcəyi görür. Neqativ enerjini cadu və nəzər kimi dəyərləndirir. Amma həqiqətən cadu edilən adamlar o qədər də çox deyil, əksəriyyət ya özü ətrafinda belə enerjini yaradıb, ya da kiminsə həsədinin bəlasına düçar olub.
 
Qeyd edim ki, həsəd və nəzər birinin başqasına istiqamətdə göndərdiyi neqativ enerjidir. Bu, ya məqsədyönlü olaraq bilərəkdən nifrin, lənətlə edilə bilər, yaxud qeyri-şüuri olaraq kiməsə qarşı güclü həsəd hissi yaşayaraq. Lakin nə müxtəlif üsullarla edilən cadu, nə həsəd (neqativ enerji) insanın qismətini dəyişə, xüsusilə də onu öldürə bilməz. Bu hallar yalnız bizim içimizdə bunun bizə təsiri üçün zəif həlqə olduğu halda mümkündür. Bütün hallarda başımıza gələnlər bizim üçün bir dərsdir və hər şey bu dərsi necə keçəcəyimizdən asılıdır. Bir nümunə gətirək, ictimai şüurda "şirinlik duası" deyilən bir "ağ mağiya" var.  Bu zaman ər-arvad, övlad-valideyn, işverən-işçi arasında isti münasibətlər yaradılması üçün müxtəlif ekstrasensor əməllər edilir (bu, dua şəklində olmaya da bilər). Nəticədə istənilən nəticə əldə oluna da bilər, amma bu, müvəqqəti olacaq və bizim üçün nəzərdə tutulmuş ilahi dərsi almayacağıq. Həyat dərsimizi almadıqda isə, o dəfələrlə təkrar olunacaq. Digər tərəfdənsə, kainatın maqnit sahəsinin axınına süni və kobu olaraq siraət edərək onun təbii axınını pozduğumuz üçün həyatımıza gözlənilməz problemlər gələcək.  Məsələn, "şirinlik duası"  ilə kimisə evləndirmisizsə, ailədə problemlər, içki, qumar, narkomaniya və digər əxlaqi qüsurlar yarana bilər. Həyatımızdakı neqativ hadisələr illərlə bizim özümüzün, yaxud cəmiyyətin fikir və hissləri ilə formalaşıb. Bu halədən çıxmaq üçün hiss və  fikirlərimizi dəyişməliyik.Amma bunu bizdən kənarda , bizim iştirakımız olmadan kimsə edə bilməz. Əks halda bunu bizim əvəzimizə Yaradan özü edərdi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM