Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 20 gün qalır

14:58 / 08.04.2019

Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 20 gün qalıb. Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Yarışa hazırlığın plana uyğun olaraq davam etdiyini bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai tikinti işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tribuna və təhlükəsizlik baryerləri quraşdırılır. Dənizkənarı Milli Park istiqamətində keçidlər artıq hazırlanıb.

“Bilet satışından çox razıyıq. Ötən illə müqayisədə bu il bilet satışında artım müşahidə olunur. Filarmoniya tribunasına biletlər tam satılıb. Bəzi tribunalarda isə biletlərin satışı yekunlaşmaq üzrədir.

Hazırkı mərhələdə yarışın əyləncə proqramının tam olaraq açıqlanması üzərində işləyirik. Bu il iki ulduz müğənni yarışlardan sonra konsert proqramı ilə çıxış edəcək. Belə ki, Sem Smit aprelin 27-də konsert verəcək. Aprelin 28-də “Baku Crystal Hall”da möhtəşəm şousunu təqdim edəcək ulduz müğənninin adı isə yaxın günlərdə açıqlanacaq. Bundan əlavə, after-partilər də təşkil olunacaq”, - deyə N.Arpadarai əlavə edib.

Könüllülərin və marşalların təlimlərinin davam etdiyini vurğulayan BŞH rəsmisi deyib: “Mətbuat mərkəzinin qurulması prosesinə artıq start verilib. Artıq yerli jurnalistlərin akkreditasiya prosesinə yekun vurulub. Yüz əlliyə yaxın jurnalist bizə müraciət edib. Bütün müraciətlər Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasına yönləndirilib. Yarışın keçiriləcəyi həftədə akkreditasiyadan keçmiş jurnalistlərin adları açıqlanacaq. Akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin sayı ildən-ilə artır”.

Bilet satışında ötən illə müqayisədə artımın müşahidə olunduğunu bildirən BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib: “Hazırda bilet alanlar arasında yerli Formula 1 azarkeşləri üstünlük təşkil edirlər. Bilet alan xarici ölkə vətəndaşları arasında rusiyalılar ilk pillədə qərarlaşıb. İlk üçlüyü Böyük Britaniya və Avstriya tamamlayır. Sonrakı sıralarda Hollandiya, Türkiyə və Gürcüstan yer alıb. İlk onluğu Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna tamamlayır. Bu günədək Azərbaycan Qran-Prisinə 63 ölkədən biletlər alınıb. Əvvəllər uzaq ölkələrdən 2-4 bilet alınırdısa, hazırda həmin dövlətlərdən qrup halında müraciətlər edilib. Bütün bunlar bizi çox sevindirir. Bilet satışı davam edir”.

B.Özərdim deyib: “Yarış həftəsonunda DJ-lərin iştirakı ilə “Bakı şəhərinin sədaları” adlı əyləncə proqramı təşkil olunacaq. “Elektra Events Hall”da keçiriləcək əyləncə proqramına biletlər ayrıca satılır. Hər gecə üçün biletlərin qiyməti 55 manatdır. Əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışları ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq. Əminliklə deyə bilərəm ki, Formula 1 azarkeşlərini möhtəşəm yarış və əyləncə proqramı gözləyir”.

Bakı şəhər halqasından sonra konsert proqramlarının “Crystal Hall”da təşkil olunacağını vurğulayan B.Özərdim bildirib ki, saat 23:00-dan sonra after-partilərə “Elektra Evants Hall”da start veriləcək. “Elektra Evants Hall”ın belə tədbirlər üçün daha uyğundur. Tamaşaçılar Qız qalasının qarşısından xüsusi nəqliyyat vasitəsilə “Crystal Hall”a rahat gedə biləcəklər. Ordan “Elektra Evants Hall”a getmək istəyənlər üçün də nəqliyyat vasitələri nəzərdə tutulub.

BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer Bakı şəhər halqasında tikinti işlərinin 95 faizinin artıq yerinə yetirildiyini bildirib. Qeyd edib ki, digər işlər aprelin 21-dən 22-nə keçən gecə yolların bağlanmasından sonra həyata keçiriləcək. Hazırda “Azneft” tribunasının tikintisi qalıb. Bu tribunada tikinti işlərinə aprelin 15-də start veriləcək. Həmçinin yollar bağlanmadığı üçün 600-dək baryer quraşdırılmayıb. Asfalt örtüyü və digər tribunalar yarışa tam hazırdır. Ümumiyyətlə, tikinti işləri aprelin 22-23-də başa çatacaq. Aprelin 25-də Beynəlxalq Avtomobil Federasiyası treki sınaqdan keçirəcək.

T.Butçer qeyd edib ki, Azərbaycan Qran-Prisindən öncə yarış Çində keçiriləcək. Bolidlər və komandaların avadanlığı aprelin 15-dən başlayaraq hava yolu ilə Çindən birbaşa ölkəmizə gətiriləcək. Komandaların avadanlığının qarajlara yerləşdirilməsi, bolidlərin quraşdırılması aprelin 24-dək davam edəcək.

Qeyd edək ki, Formula 1 azarkeş zonasında builki Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə aprelin 26-28-də günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı, Bakı şəhər halqasını da daha yaxından tanımaq imkanı qazanacaqlar. Həmçinin yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddətdə trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM