Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan xəbərə görə, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin qurbanları yad edilir. Belə ki, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda, həmçinin Hyuston, Nyu-York, San Fransisko və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri, dəyirmi masaların keçirilməsi, faciəni əks etdirən video çarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Almaniya Federativ Respublikasının müxtəlif subyektlərində də 20 Yanvar faciəsi ilə bağlı müxtəlif formatlı tədbirlər təşkil olunur. Almaniyanın Maqdeburq, Berlin və digər şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
18-23 yanvar tarixlərində Niderland Krallığının Haaqa, Amsterdam və Rotterdam şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbirlərinin keçirilməsi, həmçinin, Niderland Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi partiyalarına Faciə ilə bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.
Yanvarın 19-da 20 Yanvar faciəsi ilə əlaqədar Türkiyə Respublikasının Kocaeli şəhərindədə regional televiziya kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla brifinq keçiriləcək. Brifinqdə milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Yanvarın 20-də isə Türkiyə Respublikasının Kocaeli şəhərində 20 Yanvar faciəsinin iyirimi dördüncü ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə “Azərbaycan tarixinin Qanlı səhifəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap olunması nəzərdə tutulub.
Həmçinin 19-20 yanvar tarixlərində Gürcüstanın Qardabani, Marneuli, Tbilisi Rustavi şəhərlərində də Faciə ilə bağlı anım mərasimləri,konfrans, dəyirmi masa, şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək.
Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin Sank-Peterburq, Ekaterinburq şəhərlərində və Federasiyasının digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Denepropetrovsk şəhərlərində, bundan başqa Belarus Respublikasının Minsk şəhəri və Moldova Respublikasının Kişinyov şəhərində də faciənin iyirmi dördüncü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq.
Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Misir Ərəb Respublikasının Qahirə şəhərində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və “Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş olunacaq.
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı Qırğızıstan Respublikasının Bişkek şəhərində “20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu”mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli filimlərin nümayişi təşkil olunacaq, həmçinin “20 Yanvar qəhrəmanlıq tariximizin səhifəsi” mövzusunda dəyirmi masa keçiriləcək.
Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzusunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” mövzusunda konfrans və fotosərgi təşkil olunacaq.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bir sıra digər ölkələrdə də tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM