"Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş".
Cütlüyün ayrılıq xəbərindən sonra cütlüyün övladı olan Hüseynin kimin yanında qalacağı müzakirə olunur. Çoxları Hüseynin Röyanın yanında olduğunu desə də, Anarın sosial şəbəkədəki şəkilləri bunun tam əksini göstərir. Belə ki, ayrılıq xəbəri ortaya çıxandan sonra Röya oğluyla heç bir fotosunu yaymayıb. Əvəzində Anar Hüseynlə istirahət fotolarını paylaşıb.
Həmin görüntüləri təqdim edirik./azxəbər/