Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir. Görülən işlər nəticəsində ötən bir il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir. Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, cənab Prezidentin son bir ildəki fəaliyyətini dəyərləndirmək üçün bir çox parametrlər üzrə ölkəmizin inkişafı, əldə etdiyi uğurlar və s. haqqında danışmaq lazımdır:
“Bu uğurları təmin edən əsas cəhət isə əlbəttə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra keçən müddət ərzində Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Bu siyasət "Heydər Əliyev siyasəti" adlanır. Bu siyasətin davamlılığının təmin olunması və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin bu siyasəti dəstəkləməsi bu günə qədər olduğu kimi, son bir ildə də əldə etdiyimiz nailiyyətlərin əsas bünövrəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin bu siyasətə əsaslanan, 2003-cü ildən davam edən fəaliyyəti nəticəsində Azərbaycan regionun, dünyanın inkişaf edən, nüfuzlu ölkələri sırasına qoşulub, siyasi, hərbi, iqtisadi, sosial, mədəniyyət, humanitar və digər sahələrdə həm ölkə daxilində, həm də xaricində mühüm nailiyyətlər əldə olunub. Təbii ki, həyata keçirilən bütün bu çoxşaxəli siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı, vətəndaş hüquq və azadlıqlarının təmini üçün yaradılan şərait, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün bunlar üçün də ən vacib amil olan Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik dayanır”.
Vitse-spiker vurğulayıb ki, istənilən ölkədə bütün bu sadalananlar olmadan hər hansı uğurdan, inkişafdan danışmaq mümkün deyil: “Cənab Prezidentin son bir ildəki fəaliyyəti nəticəsində isə Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb. Bu illər ərzində həyata keçirilən planlı, məqsədyönlü, ardıcıl, davamlı və dayanıqlı islahatların ümumi nəticəsi bu gün özünü Azərbaycan insanının, vətəndaşının həyatında aydın şəkildə özünü göstərməkdədir".
B.Muradova qeyd edib ki, görülən işlər bütün vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində, müxtəlif həssas qrupların, qayğıya və diqqətə ehtiyacı olan təbəqələrin, canını Vətən yolunda qurban verməyə hazır olan Azərbaycan əsgərinin həyatında, eləcə də gənclərin həm ölkənin həyatında rolunun artırılmasında, həm də dövlət qurumlarında müxtəlif səviyyələrdə işə cəlb olunmasında, qadınların cəmiyyət və dövlət həyatında rolunun artırılmasında və s. özünü büruzə verib:
"Azərbaycan Prezidentinin son bir ildə fəaliyyətinə toxunarkən daha sıx prezident-xalq birliyini, bu birliyin istənilən çağırışa, təhlükəyə qarşı dayandığını aydın şəkildə görə bilərik. Təsadüfi deyil ki, Fransanın nüfuzlu “Opinion Way” təşkilatının keçirdiyi rəy sorğusunda da xalqın Azərbaycan Prezidentinə getdikcə artan dəstəyi öz əksini tapıb. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir ki, bu da bütün bu görülən işlərin nəticəsidir".//Trend
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM