Təhsil Nazirliyinin Kollegiyası "Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nı təsdiqləyib.
Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.
Qaydaya əsasən, peşə təhsili pilləsində təhsilalanların attestasiyası məqsədi ilə cari, aralıq və yekun qiymətləndirmə (attestasiya) keçirilir. Cari qiymətləndirmə tələbənin təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə qarşıya çıxan çətinlikləri müəyyən edib, aradan qaldırmaq məqsədi ilə aparılır. Cari qiymətləndirmə zamanı tapşırıqvermə, müsahibə və müşahidə (tələbələrin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. Bu nəticələr barədə "Tələbə kitabçası”nda və "Müəllimin (təlim ustasının) cari qiymətləndirmə dəftəri”ndə yazılı qeydlər aparılır.
Aralıq qiymətləndirmə təhsil proqramında (kurikulumda) hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır. Aralıq qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Aralıq qiymətləndirmə iki hissədən - modulların tərkib hissəsi olan təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi və modulun tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsindən ibarətdir. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi 1 dərs saatı ərzində aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə tətbiqi bacarıqları yoxlamağa xidmət edir və istehsalat təliminə ayrılan vaxt hesabına aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramının (kurikulumun) tərkib hissəsi olan hər bir modulun sonunda peşə təhsili müəssisəsində yaradılan Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın nəzarəti ilə təhsilverən(lər) tərəfindən aparılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiya peşə təhsili müəssisəsi tərəfindən tədris-istehsalat işləri üzrə direktor müavininin və yaxud baş ustanın rəhbərliyi ilə işəgötürən müəssisə və təşkilatların 1 nəfər nümayəndəsi, sahə üzrə 1 nəfər mütəxəssis və ixtisas üzrə modulları tədris edən pedaqoji işçilərdən ibarət tərkibdə yaradılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi üçün tapşırıq təhsilverən tərəfindən hazırlanır, metodiki komissiyada müzakirə edilir və peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Aralıq qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin "Tələbə kitabçası”na yazılır. Aralıq qiymətləndirmədə təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə "2”, 20%-60% yerinə yetirdikdə "3”, 60%-80% yerinə yetirdikdə "4”, 80%-100% yerinə yetirdikdə "5”-lə qiymətləndirilir. Aralıq qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən tələbənin həmin qiymətləndirmələr üzrə balı "0” qəbul olunur və o yekun qiymətləndirməyə buraxılmır.
Yekun qiymətləndirmə təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsinin sonunda keçirilir. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Yekun qiymətləndirmə iki hissədən - ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsi və dövlət buraxılış imtahanının keçirilməsindən ibarətdir. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. İxtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında peşə təhsili müəssisəsi tərəfiindən İxtisas (sınaq) istehsalat işləri üzrə komissiya yaradılır. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları, istehsalat təcrübəsi keçirilən müəssisənin 2 nəfər nümayəndəsi daxil edilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər. Ixtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət üzrə təhsilalanların bacarıq və vərdişləri nəzərə alınır. İxtisas (sınaq) istehsalat işinin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin "Tələbə kitabçası”na yazılır. İxtisas (sınaq) istehsalat işində tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə "2”, 20%-60% yerinə yetirdikdə "3”, 60%-80% yerinə yetirdikdə "4”, 80%-100% yerinə yetirdikdə "5”-lə qiymətləndirilir.
Dövlət buraxılış imtahanı təhsilalanın ixtisasa dair bilik və bacarıq səviyyəsinin yekun qiymətləndirilməsidir. İmtahan təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır. İmtahana təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır. İmtahan peşə təhsili müəssisəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası tərəfindən keçirilir. DAK-nın tərkibi peşə təhsili müəssisəsinin direktoru, tədris istehsalat işləri üzrə direktor müavini, müvafiq peşə istiqaməti üzrə 1 nəfər işəgötürənlərin nümayəndəsi, 1 nəfər sahə üzrə mütəxəssis, ixtisası tədris edən ixtisas fənn müəllimlərindən ibarət formalaşdırılır. İşəgötürənlərin nümayəndəsi DAK-ın sədri təyin olunur. DAK-ın tərkibi Agentlik tərəfindən təsdiq edilir. DAK təhsilalanların imtahan suallarına cavabı və yerinə yetirilmiş istehsalat (sınaq) işlərinin qiyməti əsasında təhsilalanları yekun qiymətləndirir. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir. Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar bu Qaydaya uyğun olaraq peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 dəfə olmaqla növbəti 2 il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər. Yekun qiymətləndirmədə iştirak etməyənlərə Nazirlər Kabinetinin təsdiq etdiyi "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM