Avropa Gənclərinin Yay Olimpiya Festivalına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürülüb

08:23 / 13.04.2019

Avropa Gənclərinin Yay Olimpiya Festivalına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürülüb

Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda, oyunların simvolu olan kiçik “zeytun ağacı”nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Gənclərinin Olimpiya Festivalına məsul digər rəsmilər təmsil ediblər.

Proqrama əsasən əvvəlcə nazir Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib. Müxtəlif media qurumlarının iştirakı ilə təşkil edilən mətbuat konfransında Bakıda iyulda keçiriləcək 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan əvvəl bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki, 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-də Bakıda start götürəcək və Oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan əvvəl bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş “Baku Crystal Hall” bu il açılış mərasiminin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Gənclərinin Yay Olimpiya Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar - cırtdan və Qafqaz bəbiri haqqında da məlumat verilib. Artıq könüllülərin seçiminin yekunlaşdığı, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını deyib və Avropa Gənclərinin Yay Olimpiya Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə əks etdirən tarixi Ara Pasis muzeyində keçirilməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Azad Rəhimov 2018-ci ilin mayında dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını bildirib.

Nazir deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi “Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya – “Odlar diyarı”na gedəcək. Eyni zamanda, qədim “zeytun ağacı” da Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclərinin Yay Olimpiya Festivalının dərin köklərini nümayiş etdirir.

Nazir Bakının 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıqları barədə məlumat verib, bundan əvvəlki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri barədə də danışıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan “zeytun ağacı” AOK-nin rəsmiləri tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Bununla yanaşı, təqdimat mərasimində yunan-Roma güləşçisi, Olimpiya və dünya çempionu Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva da iştirak ediblər.

Daha çox nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Koçijançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.

Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası “Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, pontifik mədəniyyət şurasının gənclər təşkilatı, şuranın nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası Tədqiqi İnstitutu ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM