Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub - VİDEO

21:25 / 16.04.2019

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.

 Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, qardaş ölkə ictimaiyyətinin nüfuzlu simaları, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar təqdimatda iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra ümummilli lider Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışıb. Səfir əminliklə qeyd edib ki, bu kitablar qardaş Türkiyədə geniş oxucu kütləsi tərəfindən seviləcək.

Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin ucalığı, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyası, həyata keçirdiyi layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avrasiyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafına və xalqların rifahına göstərdiyi təsir barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, təqdim olunan üçcildlik Ulu Öndərimizin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Kitablarda əksini tapan faktların, arxiv sənədlərinin rəvan yazı üslubunda qələmə alınmasının nəşrlərə böyük dəyər gətirdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Oxuculara təqdim olunan kitabların ən böyük dəyəri ondadır ki, əsərlər tarixi xilaskarlıq missiyası ilə xalqın əbədi məhəbbətini qazanan Heydər Əliyev şəxsiyyətini tərənnüm edir. Digər qiymətli amil isə budur ki, bu kitablar məhz yüksək intellekti və dünyagörüşü olan tanınmış yazıçı Elmira Axundova tərəfindən qələmə alınıb”.

Əli Həsənov bildirib ki, Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir. Ulu Öndərin söylədiyi “Biz bir millət, iki dövlətik” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur. Təqdim olunan əsərlərin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır. Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər də qardaş ölkədə sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər.

Çıxışında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasından və iki dost ölkənin inkişafında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyətinin ucalığından danışan Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kıran vurğulayıb ki, Ulu Öndərin qurduğu dövlət Azərbaycan xalqına əmanətdir. Bu əmanətin qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Xalq yazıçısı Elmira Axundovanı təqdim olunan əsərlər münasibətilə təbrik edən nazir müavini əminliklə vurğulayıb ki, təqdim olunan kitablar Türkiyədə böyük oxucu rəğbəti qazanacaq.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda əldə olunan tarixi nailiyyətlərdən bəhs edən Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov vurğulayıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın birliyinə arxalanaraq ölkəmizi xilas edib, dövlətimizin gələcək inkişafını təmin edib. Elmira Axundova gərgin bir zəhmət hesabına ərsəyə gətirdiyi əsərləri ilə Ulu Öndərimizin şərəfli ömür yoluna işıq salır.

Heydər Əliyevin yüksək insani keyfiyyətlərindən, öz xalqı qarşısında gördüyü nəhəng işlərdən danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım böyük şairimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini sovet dönəmində həyata keçirilməsi çox çətin olan bir iş kimi dəyərləndirdi. Ulu Öndərimizlə bağlı xoş xatirələrini danışan Şamil Ayrım Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk qədər vətənpərvər və cəsarətli bir şəxsiyyət olduğunu bildirib. Azərbaycanın qısa zamanda bütün sahələrdə inkişaf etdiyini, böyük kadr potensialı yaratdığını vurğulayan deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər kəsi fəal olmağa çağırıb. O, Türkiyəyə qarşı saxta “erməni soyqırımı” iddialarını kəskin şəkildə qınayıb. Əminliklə ifadə edib ki, təqdim olunan əsərlər Türkiyədə kitabsevərlər tərəfindən rəğbətlə qarşılanacaq.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyət kəsb edən nəhəng layihələrini tarixi missiya kimi dəyərləndirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar təqdim olunan əsərlərin böyük zəhmət və sevgi ilə ərsəyə gətirildiyini qeyd edib. O deyib ki, kitablar tarixin əsl daşıyıcısıdır. Bu əsərlər müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrünü tərənnüm edir.

Əsərlərinin yüksək səviyyədə təqdimatına görə, təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edən Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib. “Əsərin iki qəhrəmanı var: Heydər Əliyev və zaman” fikri ilə oxucuların alqışlarını qazanan yazıçı çıxışını bu sözlərlə tamamlayıb: “Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenov deyib ki, bu kitabları yazdıran məhəbbətdir. Mən həqiqətən də qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizin qəlbinizdə də böyük Heydər Əliyevə eyni duyğular kök salsın”.

Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindəki, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb. Böyük zəhmətlə ərsəyə gələn əsər Azərbaycanda və onun hüdudlarından kənarda oxucular arasında geniş əks-səda doğurub. Roman-tədqiqat yüksək peşəkar səviyyədə yazılıb və Azərbaycan xalqının dahi oğlunun həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Əsərləri türk dilinə Azad Ağaoğlu tərcümə edib.

Sonda yazıçı Elmira Axundova kitablarını öz imzası ilə tədbir iştirakçılarına təqdim edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM