Dəbdəbəli yas mərasimlərinə qadağa qoyuldu, bəs toylara?

12:30 / 23.08.2014

Zahid Oruc: “Toylarımızı son dərəcə yığcam və süni rəqabətdən kənar görmək istəyirəm”
Azərbaycanda uzun illərdir davam edən israfçı yas mərasimlərinə dövlət tərəfindən son qoyuldu. Artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri adətini ləğv etməyə qərar verib.

Qeyd edək ki, yas mərasimləri ilə yanaşı, toylarda da həddindən artıq israfçılığa, təmtərağa yol verilir. Ölkəmizdə toy mərasimləri əvvəllər qədim ənənələrə söykənsə də, son illər üçün bunu demək mümkün deyil. Bugünkü toylar sanki insanların şənlik mərasimi əvəzinə, bir yarış meydanına çevrilib və artıq toylarımız şounu xatırladır. Bəzən evlənən cütlüklər sadə bir mərasim istəsələr də, valideynlərin “qonşudan geri qalmamaq” fikri qalib gəlir. Elçiliklə başlayıb toya qədər davam edən mərasimlər böyük məbləğdə vəsaitin xərclənməsinə başa gəlir. Nəticədə isə bir qrup məhz bu mərasimlər hesabına qazancını artırır. Belə ki, toy mərasimləri hazırda qazanc gətirən bir sahə olduğuna görə, ölkədə şadlıq evlərinin də sayı getdikcə artır. Bu gün hamıya bəllidir ki, toya gələn qonaqlar toy sahibləri üçün müəyyən qədər pul yazdırırlar. Siyahıya yazılan məbləğ əslində yeni evlənənlərə çatmalıdır.

Bu pulla yeni ailə quranlar heç olmasa, öz evləri üçün çatışmayan nələrisə ala və ya bal ayına çıxa bilərlər. Amma belə şəraitdə bu pullar şadlıq sarayının sahibinə verilməli olur. Ən böyük bəla isə toylarda süfrələrdəki israfçılıqdır. Toyda stolun üstünə çeşid-çeşid yeməklər və digər təamlar düzülür və müqayisələr başlayır. Hər kəs öz toyunda digərlərində gördüklərini tətbiq etməyə çalışır. Nəticə isə ortadadır. Hamı toyların bugünkü vəziyyətindən narazıdır. Müzakirəyə gələndə hamı qoşulur. 

Toylara az adamın çağırılması, yeməyin normada verilməsi gündəmə gətirilir. Amma heç kəs dəyişikliyə doğru addımı özü atmaq istəmir. Dünyanın bir çox ölkələrində toylarla bağlı müəyyən qaydalar tərtib edilib. Məsələn, Tacikistanda toy kortejindəki maşınların sayı ilə bağlı rəqəm müəyyənləşdirilib. Toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir. Onu da bildirək ki, toylarda yol verilən israfçılıq, toy sahibinin və ya toya gələnlərin borca düşməsi kimi hallar İslamda bəyənilməyən əməllərdir. Qeyd edilir ki, toyun keçirilməsində məqsəd yeni ailə quran gənclərin bu izdivacını ətrafdakılara elan etmək, onların şad gününə şərik olmaqdır. Ancaq bu gün keçirilən toylarda yol verilən israfçılıq, içki, həddən-ziyadə dəbdəbə İslamın əsas prinsiplərinə ziddir və ona heç bir aidiyyəti yoxdur.

Deputat  Zahid Orucun sözlərinə görə, illərdir parlament üzvləri tərəfindən müraciətlər edilir ki, toylarda həm israfçılıq, həm də ən yüksək səviyyədə olan səslərə qarşı ciddi hüquqi vasitələrlə təsir göstərilsin: “Toylarımız zamanında həqiqətən də iki şəxsin izdivacına xidmət edirdi və bu, real xeyir mərasimi idi. Ancaq artıq on illərdir ki, süfrələrə qoyulan yeməklərin təkrar dövriyyəyə qaytarılması, yüksək səs təzyiqləri altında mənəvi ölüm, fiziki əzab və eyni zamanda insanların həmin mərasimlərdən çox böyük ağrı, narahatçılıqla çıxması ilə nəticələnir. Paralel olaraq da toylarda yeməklərin az qala sunamisi səpələnir. Bu yeməklərin sanitar ekoloji tərəfi də var. Hamı bilir ki, bu şəkildə saxlanan yeməklər heç bir halda keyfiyyətli ola bilməz. Çünki tərkib dəyişikliklərinə uğrayacaqdı. Biz heç bir ölkədə bunları görə bilmərik. Bu hal şadlıq evlərinin sanki bir inhisarıdır, biznesidir. Mən çox mötəbər insanlar tanıyıram ki, toy zamanı səslərdən gileyləndikləri halda özləri övladlarının qərarına qarşı çıxa bilməyiblər və öz uşaqlarının toyunda həmin səs, yeməklərin israfçılığı yaşanıb. Həmçinin vətəndaşların sanki bir qınağı baş verir ki, filankəsin toyu çox sakit, yeməklərin azlığı ilə keçdi. Halbuki, məqsəd iki gəncin qovuşmasıdır və insanların da ona xeyir-dua verməsidir. Ona görə də mən toylarımızı son dərəcə yığcam və süni rəqabətdən kənar görmək istəyirəm. Qanun bıçaqlanan ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktdır. 

Toylar təkrarlanan ictimai münasibətdir. Yəni burada qanunun predmeti ola biləcək hadisələr var. Amma bir sıra məsələləri sadəcə hüquqi normalarla deyil, cəmiyyətin öz iradəsinə buraxmaqla yoluna qoymaq mövqeyi tutulur. Ona görə də parlamentdə də belə bir düşüncə hakim kəsilir ki, adamlara hansısa yeməklərin çeşidini illərlə gözlədiyi xeyir mərasiminə çıxartma deyə bir öhdəlik qoyulmasın. Hər kəs bunu fərdi olaraq müəyyənləşdirsin. Ancaq toyların menyüsündən görünür ki, sərt bir qadağa rejimi tətbiq etmək gərəkdir, şadlıq evləri epidemiya kimi məktəbləri və məscidləri üstələməsin. Bu gün cəmiyyətdə öndə olan mövqe sahiblərinin bu cür xeyir mərasimlərinin ciddi, müəyyən bir dar çərçivədə keçirilməsi vasitəsi ilə bu nümunələri yaratmaq lazımdır.

Necə deyərlər, mənəvi mexanizmləri daha da önə çıxarmaq, nəinki, Pyotrın vaxtında olan o şallaq sistemini. Bəzən çox sərt bir şəkildə cəmiyyətin üstünə gedəndə o, əks effekt verir. Buna görə də qanun qəbul olunmadı. Mənfi haldır ki, insanlar dəvətnamə alanda sevinmək hissini artıq itiriblər. Dünyanın hər yerində bu cür mərasimlər daha fərqli, xərcsiz keçirilir. Müsəlman aləmində isə xeyir mərasimləri insanların böyük bir maddi yükünə çevrilir. Ortada isə qazanan üçüncü tərəfdir”.

"Yeni Müsavat"

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM