Humanitar razılaşmalar görüşü

13:01 / 17.04.2019

Politoloqların fikrincə, XİN başçılarının Moskva görüşü humanitar xarakterli razılaşmaların əldə edilməsi ilə fərqlənib 

Dağlıq Qarabağ münaqişəsi ilə Vyana danışıqlarında münaqişə tərəfləri danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırmışdılar. Bu razılaşmaya əsasən, aprelin 15-də Rusiyanın təşəbbüsü və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bir araya gəliblər. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov görüşlə bağlı bildirib ki, Moskvada indiyə qədə danışıqlarda irəliləyişə imkan verməyən məsələlər konkret şəkildə müzakirə olunub: "Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr aparıldı”. 
 
O cümlədən görüş zamanı nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə də hazır olduqlarını bildiriblər.  
 
 
Mövzu ilə "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Moskva görüşü Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçirilib: "Lavrov əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdü və daha sonra Minsk qrupu həmsədrləri də görüşə qatıldılar. Onu qeyd edim ki, görüşün nəticələri ilə bağlı bəyanat da yayılıb. Artıq bu görüşlə bağlı ilkin nəticələrə gəlmək mümkündür. Əvvəla, bu görüşdə humanitar xarakterli bir sıra razılaşmalar əldə edilib. Bunlardan biri, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlıdır. Hesab edirəm ki, bu, xalq diplomatiyasının mühüm elementlərindəndir. Xarici işlər nazirlərinin Paris görüşündə belə bir razılaşma əldə edilmişdi ki, xalqları sülhə hazırlamaq lazımdır. Düşünürəm ki, hər iki dövləti təmsil edən jurnalistlərin qarşılıqlı səfərləri, onların hazırladıqları reportajlar, məqalələr nəticə etibarı ilə bu məqsədə xidmət göstərə bilər. Digər bir razılaşma hər iki ölkədən olan əsir və girovların ailə üzvləri ilə görüşünün təşkil edilməsi ilə bağlıdır. Bu da məhz Moskva görüşünün nəticələri kimi qiymətləndirilir. Eyni zamanda cəbhə bölgəsində əhalinin kənd təsərrüfatı ilə məşğul olduğu müddətdə hər iki tərəfin atəşkəsə daha ciddi əməl etməsi məsələsi də razılaşmalar sırasındadır”.
 
 
 
 
E.Nəsirov qeyd etdi ki, bütövlükdə bu danışıqlarda 4 məsələnin müzakirə edildiyi faktı da bəlli oldu: "Bunu da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dilə gətirib. Görüşdə Azərbaycan tərəfdən iki məsələ - Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi gündəmə gətirilib. Ermənistan tərəfi isə status və təhlükəsizlik məsələsini önə çəkib. Rəsmi İrəvan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın. Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək ilk növbədə işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir. Bu məsələlərlə bağlı hələ ki razılaşma yoxdur. Bütövlükdə isə bu görüşə humanitar xarakterli məsələlər ətrafında müəyyən razılaşmalar əldə edilməsi kimi qiymət vermək mümkündür”.
 
 
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, münaqişə tərəflərinin görüşlərinin intensiv xarakter alması müsbət haldır: "Bir müddət əvvəl Vyanada Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında görüş oldu. Bu görüş zamanı da gəlinən ortaq nəticə ondan ibarət oldu ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində dialoq davam etdirilsin. Moskva görüşünü də xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarət oldu ki, Rusiyanın xarici işlər nazirinin təşəbbüsü ilə  Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüş keçirildi. Nəzərə almaq lazımdır ki, Rusiyanın regionda kifayət qədər təsir imkanları mövcuddur. Bildiyimiz ki, münaqişənin tənzimlənməsi istiqamətində nəticənin əldə olunmamasının səbəbkarı Ermənistandır. Rusiyanın təşəbbüsünün güclənməsi hesab edirəm ki, Ermənistana təsir rıçaqlarını işə salmaq imkanları yarada bilər. Bu görüşün konkret nəticələrinə gəlincə, Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi tərəflərin istəkləri ilə əsasən dörd məsələ müzakirə edilib. Ermənistan tərəfindən status və təhlükəsizlik, Azərbaycan tərəfindən isə işğal olunmuş ərazilərin azad olunması və məcburi köçkünlərin öz yerlərinə qayıtması. Nəzərə almaq lazımdır ki, bunlar  Madrid prinsiplərində yer alan məsələlərdir. Sadəcə olaraq, bu məsələlərin daha prinsipial şəkildə müzakirə olunması düşünməyə əsas verir”.
 
 
 
 
E.Mirbəşiroğlu vurğuladı ki, Moskva görüşündə əsir və girov götürülmüş şəxslərlə yaxınları arasında görüşün keçirilməsi məsələsi də müzakirə edilib: "Hesab edirəm ki, bu, konstruktiv dialoq üçün müəyyən əsas yaradan məqamdır və müsbət qiymətləndirilməlidir. Onu da qeyd edim ki, bir müddət əvvəl ictimai diplomatiyanın işə salınması istiqamətində addımlar atılmışdı. Yəni, Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsi var idi. Buna əlavə olaraq, Azərbaycan və Ermənistan jurnalistlərinin hər iki ölkəyə, o cümlədən Qarabağa səfərinin təşkil olunması tərəflərinin mövqelərinin daha aydınlaşması və konstruktiv dialoq üçün əsas yaranması baxımından müsbət nəticələr verə bilər. Bildiyimiz kimi, dövlətlərarası münaqişələrin tənzimlənməsində kütləvi informasiya vasitələrinin kifayət qədər təsirli rolu olub. Yəni, bununla bağlı dünya təcrübəsində kifayət qədər nümunələr mövcuddur. Buna Karib böhranını misal göstərmək olar və o zaman elm adamlarının, həm də jurnalistlərin yaxından iştirakı, təmasları münaqişənin tənzimlənməsi istiqamətində təkanverici oldu. Bu baxımdan düşünürəm ki, media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması tərəflər arasında dialoqu daha da inkişaf etdirə bilər”.
  BƏXTİYAR          


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM