İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, konfrans ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib. İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu cənab Prezident tərəfindən 2018-ci il dekabr ayı ərzində keçirilən kompleks biznes islahatlarının tərkib hissəsi olaraq tikinti üçün icazələrin alınması sahəsində vahid yanaşma prinsipinin təmin edilməsi, bu sahədə rəqamsallaşmanın və şəffaflığın artırılması istiqamətində bir çox işlər görüb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud KİV nümayəndələrinə yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə şamil edilir. Bu məqsədlə Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyeklərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin, əlavə vaxt itirilmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır.
Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Həmçinin bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.
Komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud 21 fevral tarixindən istifadəyə verilən elektron sistemlə bağlı statistik rəqəmləri açıqlayaraq əldə olunan nəticələri də diqqətə çatdırıb. Qeyd olunan tarixdən indiyədək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olduğu vurğulanıb. Həmin müraciətlərdən 17-sinin komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib. Bildirilib ki, qeyd olunan statistik göstəricilər bu günə hesablanmış rəqəmlərdir və hər gün yenilənir.
Ölkəmizdə biznes mühitinin institusional əsaslarının daha da gücləndirilməsi, xüsusilə azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində iqtisadiyyatda multiplikativ təsiri ilə seçilən tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilib, tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında sadələşdirilib və müraciətlərə baxılma müddətləri qısaldılıb.
Qeyd edək ki, tikinti sahəsində biznes mühitinin əlverişliliyinin artırılması iqtisadi canlanmaya müsbət təsir göstərib, eləcə də bu sektor üzrə islahatları beynəlxalq təşkilatlar da yüksək qiymətləndiriblər. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM