25 il tarixi nöqteyi-nəzərdən dövlət qurmaq üçün çox qısa bir dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan edirsə, milli dövlətin formalaşması üçün bu müddət yetərli hesab oluna bilər, lakin onun inkişafı daha çox zaman və güc tələb edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə, olduqca gərgin beynəlxalq və regional şəraitdə sabit və milli birliyə söykənən vətəndaş birliyi yarada bilibsə, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən və qlobal proseslərdə öz sözünü deməyi bacaran müstəqil bir dövlət qurmağı bacarıbsa, o xalq və həmin xalqı təmsil edən iqtidar, həqiqətən də, böyük alqışa layiqdir. İndi heç kim üçün sirr deyil ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və günü-gündən inkişaf edən bir dövlət qurub.
Bu mənada, biz Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə Vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik.
Bizim gücümüz təkcə enerji resurslarında, əlverişli coğrafiyada deyil, həm də bütün bunları real gücə çevirən Prezident İlham Əliyevin düzgün, milli maraqlara uyğun, prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək və başa düşmək üçün təbii sərvətlərlə zəngin olub öz gələcəyini qura bilməyən bir sıra ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir. Buna görə də istər daxildə, istərsə də xaricdə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.
Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir”.
Təbii ki, bu özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır.
Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Əminəm ki, yüksək əmək haqqı alan mindən artıq insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər.
Eləcə də yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur.
Formula 1 Azərbaycan Qran Prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimizin daxili potensialının açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Yenə də statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb.
Onu da qeyd etmək istərdim ki, ildən-ilə Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi səfər edirlər.
2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi. “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri - müvafiq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq.
Formula 1 həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazımi infrastruktura, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə ard-arda Avropa oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirib. Formula 1 yarışının rəhbərliyindəki dəyişikliklər zamanı aparılmış təhlillər də göstərdi ki, Azərbaycan paytaxtı bu yarışların keçirilməsi üçün ən münasib məkanlardan biridir. Beləliklə, sadaladığımız faktlar da göstərir ki, Formula 1 Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi mənafeyi baxımından olduqca faydalı tədbirdir. Buna görə də istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxaca allergiyası olan bir-iki siyasi cığalın iddialarını qəbul etmir və etməyəcək də.
Hamınızı bu gözəl idman yarışını seyr etməyə dəvət edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM