İşçilərin təhlükəsiz və sağlam əmək şəraiti təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan olunub. Hər il həmin gün üçün BƏT tərəfindən aktuallıq kəsb edən konkret mövzu müəyyən olunur. 2019-cu ildəki Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusu da “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi”dir.
İstehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il həyatını itirənlərin 2,3 milyondan çox olduğunu, peşə xəstəliyinə məruz qalanların sayının 160 milyonu ötdüyünü nəzərə aldıqda əməyin mühafizəsinin iş yerləri üçün vacib məsələlər sırasında olduğunu görərik.
Bu gün Azərbaycan da məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkədir.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Ulu öndərimizin tapşırıqları əsasında 1997-ci ildə ölkəmizdə vətəndaşların əmək, o cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkə vətəndaşlarının səmərəli məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla, eyni zamanda, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə imkan verib. Bu sahədə ölkəmiz hazırda 100 illiyini qeyd edən BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Ötən dövrdə BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını) və bir protokolunu ratifikasiya edən Azərbaycanda milli qanunvericiliyin bu sənədlərə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılıb. Həmçinin əmək mühafizəsi ilə bağlı dolğun qanunvericilik bazası formalaşdırılıb. Əmək Məcəlləsində ayrıca bir fəsildə əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri əksini tapmaqla, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standartlarının, qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu qeyd edilib.
Ölkəmiz BƏT-in digər mütərəqqi təşəbbüsləri kimi, “Əməyin gələcəyi” təşəbbüsünə də fəal şəkildə qoşularaq, öz dəstəyini ifadə edir. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycanda milli dialoq formatında silsilə tədbirlər keçirilib. Tədbirlərdə demoqrafik vəziyyətin, miqrasiya proseslərinin, texnoloji inkişafın əmək bazarına təsiri, əmək sferasında baş verən dəyişikliklərə, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə, əmək bazarının gələcək inkişafına dair geniş müzakirələr aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, eyni zamanda, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Vətəndaş müraciətləri obyektv şəkildə araşdırılaraq, aşkar edilmiş hüququ pozuntularının, eləcə də əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Digər tərəfdən, hazırda aparılan islahatların əsas istiqamətlərindən biri - işçilərin əmək hüquqlarının təminatı, habelə onların əməyinin təhlükəsizliyi və sağlamlığı vəziyyətinin öyrənilməsində obyektiv məlumatların əldə olunmasına imkan verən yeni elektron sistemin tətbiqi, bu sahədə effektiv nəzarət mexanizminin səmərəli təşkilidir.
Xidmət tərəfindən əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı Bakıda və respublikamızın bölgələrində işəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl şəkildə maarifləndirmə tədbirləri də keçirilir. Bu tədbirlər çərçivəsində əməyin mühafizəsi normalarının, standartlarının, qaydaları, onların tətbiqi barədə ətraflı məlumatlar verilir, işəgötürənlərə bu sahədə metodiki köməkliklər göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM