Strategiya.az-a verilən məlumata görə, “Gəncəbasar regionunda gənc qızların sahibkarlıq fəaliyyətinin artırılması” adlı layihə çərçivəsində Gəncədə keçirilən təlimlər başa çatıb.
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Gəncəbasar regionunda gənc qızların sahibkarlıq fəaliyyətinin artırılması” adlı layihə uğurla başa çatıb. Layihə çərçivəsində YAP Gəncə şəhər Təşkilatının Qərargahında günlərdir 30 nəfər gənc xanımın iştirakı ilə keçirilən təlimlər regionda böyük marağa səbəb olub. Bu barədə layihənin təlimçisi Nailə İsmayılovanın verdiyi məlumata görə təlimlərin keçirilməsində əsas məqsəd işləmək məcburiyyəti qarşısında yeniyetmə və aztəminatlı ailələrdən olan gənc qızların təhsil hüquqlarının bərpası istiqamətində ictimai maarifləndirmə kampaniyası aparmaq və onların peşə kurslarına yönəlməsinə şəraitin yaradılması, uzun müddətli məqsədi isə uğurlu sahibkarlıq fəaliyyətinə yönləndirərək regionun sosial problemlərinin həllinə töhvə verməkdir.
Təlimin rəsmi açılışında YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Müşfiq Cəfərov, GSİİY İB-nin təlimçisi Nailə İsmayılova və fəal xanımlar iştirak ediblər.
Rəsmi hissədə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev bildirib ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təşviqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqətindədir. Sahibkarlığın inkişafı qadınlarda özünə inam hissini artırır. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadınların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün qəbul olunmuş bir sıra dövlət proqramları ölkədə sahibkarlığın inkişafına təkan verir.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Müşfiq Cəfərov və təlimçi Nailə İsmayılova qeyd ediblər ki, qadınların ictimai həyatda və biznesdə rolunun artırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr rayon və kənd yerlərində infrastrukturu yaxşılaşdırır, mədəni- intellektual mühit formalaşdırmaqla sahibkarlığı inkişaf etdirir. Təlimlərdə Gəncədə yaşayan, “Sahibkar Qadınlar” İB-nin, eyni zamanda “Qızıl Əllər” MMC-nin prezidenti Zemfira Ağayeva iştirak edərək gənc qızlarımıza sahibkarlığa gəlişiylə bağlı öz həyat yolundan danışıb və onlara dəyərli məsləhətlər verib.
Qeyd edək ki, 4 gün davam edən təlimdə gənc xanımlarla müxtəlif mövzularda diskussiyalar və yeni ideyalar ətrafında müzakirələr aparılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM