“Atam da təbiəti, yaşıllığı çox sevirdi. Çünki doğulub boya-başa çatdığı yurd yerində göz açıb təbiətin mözücələrini görmüşdü. Kiçik yaşlarından dağlara, dərələrə, buz bulaqlara könlünü vermişdi. Tanıyanlar yaxşı bilir, o, çox duru adamıydı. İlk baxışdan sərt, qaradinməz görünsə də ürəyi yuxa idi”...
Xətai Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayev əlindəki tingi torpağa sancıb dərindən bir ah çəkdi...
Həmişə müşahidə etmişəm və şahidi olmuşam. Yaxını, əzizi haqqında kimsə keçmiş zamanda danışmır və danışmaq da istəmir. Hərgah bəlkə də yoxluğu ilə barışıb. Bilir ki, təbiət aldığını bir də geri qaytarmır. Elə insan da yaranışdan torpağa bənzəyir. Hər il fəsillənir. Yaz olur, yaya dönür, payız kimi kövrəkləşir və...
Ömrün qışına kim tab edibki?
Düz 17 il keçib o gündən. Doğmaları, dostları hamı “kaş ki, yaşasaydı” deyir. Ömrün son ucunun ölüm, əcəlin vaxtlı-vaxtsız gəldiyini hər birimiz bilsək də unutqanlığımıza (insan “unutqan” deməkdi) güc gələ bilmirik. Bəlkə də bu ilahinin sirridir ki, ölümü xəbərsiz qarşılayırıq.
Elə haqqında söhbət açacağım, xatirələrdə, yaddaşlarda özünə yer eləmiş polis polkovniki Eldar Rzayevi doğum günündə xatırlamaq da Tanrının işidir. Hər insanın taleyi, zamanı, olduğu kimi hər yazının da taleyi və zamanı var. Haqqında ilk tanışlığım bir şəkildən başladı. Həmkarımın “atamdır”,-deməsinə bir daha əmin oldum ki, polisin oğlu gərək polis olsun. “Allah can sağlığı versin”,- deyəndə: “O, indi haqq dünyasındadır”,-fikrindən sonra ortaya ani bir sükut çökdü...
Atasızlığın, anasızlığın nə olduğunu o dərdi yaşayanlar, illər keçsə belə xatırlayanda nisgili yanağını yandıranlar daha yaxşı bilir.
Bəlkə də onun doğum günü ilə dünyaya əbədi gözünü yumması arasındakı gün fərqi sizi heyrətləndirəcək. 1948-ci il mayın biri və 2002-ci ilin mayın ikisi...
Polis polkovniki Eldar Rzayev Vedi mahalında dünyaya göz açmışdı. Soydaşlarımızın tarixi torpaqlarımızdan, dədə-baba yurdlarımızdan deportasiya olunması hökmü veriləndə onların ailəsi də Azərbaycana köçürülüb. Göygöldə məskunlaşıblar. Məktəbi bitirdikdən sonra 1967-ci ildə hərbi xidmətə yollanıb. Hündür, qarabuğdayı, tökmə bədənli Azərbaycan övladının hərbi dəniz donanmasında xidmət etməsi qeyri-millətlərə qəribə gəlsə də o, sübut edib ki,
kürəyini dağlara söykəyən oğullar ucsuz-bucaqsız dənizlərin də dilini yaxşı bilir, tufandan, dəli dalğalardan qorxmurlar.
Hərbidən tərxis olunduqdan sonra bir müddət fəhlə işləyib. Arzusunu gerçəkləşdirməkdən ötrü o, atasının dostu ilə Xanlar RPŞ-yə gəlib polis olmaq istədiyini bildirir. Rəis onu başdan-ayağa süzdükdən sonra deyir ki, səndən polis olmaz. Gənc Eldar pərt olsa da atasının dostu üzünü rəisə tutub: “Vaxt gələcək ki, bu oğlan buranın rəisi olacaq”,- deyib çıxırlar. Sonra Ukraynaya üz tutur. Burada daxili işlər orqanlarına qəbul olunur. Polis serjantı olsa da ən çətin tapşırıqların öhdəsindən gəlir. Qısa zaman kəsiyində xidmət etdiyi ərazidə sakinlərin rəğbətini və etimadını qazanır. Ona güvənir, etibar edirlər. Kiyevdə Ali Milis Məktəbindən məzun olub. Marqaneç şəhərində zabit kimi xidmətə başlayıb. Burda da təşkilatçılığı, bilik və bacarığı ilə seçilib. Öz millətini, doğulduğu yurdu sevir, bir sözlə, azərbaycanlı olmağı ilə fəxr edirdi. Kabinetindəki şəklə görə bəzən köntöy baxışlarla da rastlaşmışdı. Açıqdan-açığa olmasa da, uzaqdan-uzağa düşmənçilik edənlər də vardı.
Məlum hadisələr başlayanda xidmətini Azərbaycanda davam etdirib. Zərdab Rayon Polis Şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsində inspektor vəzifəsinə təyin olunub. İnsanlarla ünsiyyət qurması, uşaqların zərərli vərdişlərə qurşanmaması üçün keçirdiyi maarifləndirmə tədbirləri rəhbərliyin diqqətini çəkir. Çəkilən zəhmət, təşkilatçılıq, vətənə və dövlətə sadiqlik bəhrəsini verir. Binəqədidə, Xətaidə və Qaradağda müxtəlif vəzifələrdə çalışır. Göygölə rəis təyin olunduğu gün isə sevincinin həddi-hüdudu olmur. O, həm də verdiyi sözə əməl etmişdi...
Müstəqilliyimizin ilk illərində daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləyənlərlə, nə yolla olursa-olsun ulu öndərin Azərbaycana gəlişini əngəlləyənlərlə baş-başa gəlir. Onu Heydər Əliyevçi olduğuna görə sevməyənlərin arzusu gözündə qalır və qurtuluşuna qovuşan xalqımız kimi o da rahat nəfəs alır. Bilir ki, bu orqan da yarıtmazlardan, qeyri-peşəkarlardan təmizlənəcək və ulu öndərimiz daha layiqli şəxsi dövlətimizin bel sütunlarından biri olan bu struktura rəhbər təyin edəcək. Bu, belə də olur. Vətənini, xalqını canından əziz tutan, zəngin təcrübəsi, ən əsası, sədaqəti ilə örnək olan Ramil Usubov nazir təyin edilir. DİO-da yeni bir dönəm başlayır. Peşəkarlar irəli çəkilir, bir zamanlar sıralarımızdan uzaqlaşdırılanlar yenidən bərpa olunur.
Eldar Rzayev hər zaman DİN rəhbərliyinin diqqət və qayğısını hiss edib. Göyçayda və Yasamalda rəis vəzifəsinə irəli çəkilib...
2001-ci ildə xidməti otağında halı pisləşir və həkimlər artıq gec olduğunu deyirlər. O, 2002-ci il mayın 2-də dünyaya gözlərini əbədi yumur. Nəvəsi Eldarı görsə də, toyunu görmək ona nəsib olmur.
Yeri gəlmişkən, polis polkovniki Eldar Rzayev ədəbiyyatla, teatrla dərindən maraqlanıb. Rusiyanın məşhur aktyoru Yevgeniy Pavloviç Leonovla möhkəm dost olublar...
Ondan doğmalarına qalan ağlı-qaralı şəkillər və bir də acılı-şirinli xatirələrdir.
Hafiz Hacxalıl
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM