"8 kilometr bazarı"nda satılan ət və ət məhsulları niyə təhlükəlidir

14:30 / 02.05.2019

Bazarlarda açıq şəkildə satılan ət və ət məhsulları keyfiyyətlidirmi? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vəziyyətlə bağlı sorğuya cavab verib
Bir müddət əvvəl paytaxtın müxtəlif ərazilərində ət kəsim yerləri - qəssabxanalar fəaliyyət göstərirdi. Heyvanlar elə kəsilib soyulduğu yerdəcə hissələrə bölünüb satılırdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qoyduğu müəyyən məhdudiyyətlərdən sonra belə yerlərin sayı azalmağa başlayıb. Ancaq bazarlarda hələ də belə yerlər fəaliyyət göstərir.

Məsələn, "8 kilometr bazarı"nda ət və ət məhsulları açıq şəkildə satılır. Bazara bu məhsulların qoxusundan girmək mümkün deyil. Düzdür, son zamanlar bazarda gigiyenik vəziyyətin qorunması üçün müəyyən adımlar atılıb. Misal üçün, əvvəllər açıq şəkildə satılan pendir artıq xüsusi, şüşədən hazırlanmış piştaxtaların altında satılır. Amma ət məhsullarının saxlanılma şəraiti və satışı ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. Ət kiçik piştaxtaların üstündə açıq şəkildə satılır. Hər gün minlərlə insanın ziyarət etdiyi bir bazarda ətin açıq şəkildə piştaxta üstündə satılması sağlamlıq üçün təhlükəli deyilmi?!

 

Qida mühəndisi Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ sovet dövründən səhərlər baytarlıq idarələrinin möhürü vurulmuş ət məhsulları bazara çıxarılırdı. O dövrdə də gecə növbələrində baytar həkimləri işləmirdi. Amma səhərlər bazarlarda möhürlənmiş ət satılırdı. Odur ki, bazarda satılan ətə kimin nə vaxt və nəyə əsasən möhür vurduğu indiyə qədər də qaranlıq qalır.

E.Fərzəliyev qeyd edib ki, açıq şəkildə satışa çıxarılan məhsullar qidalanmaq üçün yararsızdır.

"Əksər mikroorqanizmlərin nüvəsi10-20 dəqiqə ərzində parçalanaraq artır. Mikroorqanizmlərin artması üçün nəmlik, qida mühiti və temperatur göstəricisi şərtdir. Ət və süd məhsulları qeyri-gigiyenik qablarda qablaşdırılaraq gigiyenik olmayan şəraitdə saxlanıldığı üçün onlardan istifadə etmək təhlükəlidir. Bazarlarda ət və süd məhsullarının saxlanılması qaydalarına riayət edilmədiyindən, həmin məhsullar daha qısa zamanda keyfiyyətini itirir" - deyə ekspert əlavə edib.

Mütəxəssisin fikrincə, bu məhsullar bazarlarda satılması üçün müəyyən tələblərə uyğun olmalıdır.

 

"Son zamanlar baş verən qida zəhərlənmələri açıq şəkildə satılan ət və süd məhsullarından qaynaqlana bilər" - deyə Fərzəliyev vurğulayıb.

Xatırladaq ki, bu sahəyə AQTA nəzarət edir.Agentlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk əsaslı ekspertizalara cəlb olunur. Məhsullardan götürülmüş nümunələr laboratoriyada təhlükəsizlik göstəricilərinə görə müayinə olunur. Həmçinin bazarlarda satışa çıxan heyvan mənşəli məhsullar bazar ərazisində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyası tərəfindən müayinə olunduqdan sonra satışına icazə verilir.

AQTA-dan əlavə edilib ki, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qanunvericiliyə əsasən yolverilməzdir. İstehlakçılar məhsul alarkən saxlanma şəraitinə diqqət etməli və etiket məlumatları ilə tanış olmalıdırlar.

 

Qurumdan bildirildiyinə görə, AQTA-nın mütəxəssisləri tərəfindən heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilir. Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim edilir və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulur.

"Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Xatırladaq ki, Agentlik bu sahədə tənzimləmə və nəzarət funksiyasını həyata keçirir. Yerlərdə icranın həyata keçirilməsi isə digər yerli icra strukturlarının fəaliyyətinə daxildir" - deyə Agentlikdən bildirilib./Sputnik Azərbaycan


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM