Gülər Əhmədova üçün 6000 nəfərin...

18:54 / 13.01.2014

Sabiq deputat Gülər Əhmədovanın həbsdən azad edilməsi üçün prezident İlham Əliyevə müraciətlər göndərilir. Bunu “Media forum” saytına Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib.

Vəkilin sözlərinə görə, indiyədək prezidentə 6000 nəfərin imzası ilə müraciətlər olub və bu proses davam edir: “Gülər xanım həmişə xalqın, el-obanın içində olan, mətbuata açıq bir insan kimi tanınıb. Bu səbəbdən ona mənəvi dayaq duran insanların sayı çoxdur. Gülər xanımın həbsdən azad olunması, ona atılan şər-böhtandan qurtulması üçün cənab prezidentə artıq 6000 nəfərin – onların arasında ictimaiyyət nümayəndələri, deputatlar, tanınmış ziyalılar var – imzası ilə müraciətlər göndərilib. Gülər xanımın özünün və ailəsinin adından həmin şəxslərə bir daha minnətdarlığımı çatdırıram”.

Yanvarın 11-də Bakı İstintaq Təcridxanasında Gülər Əhmədova ilə görüşmüş vəkil qeyd edib ki, sabiq deputatın hərəkətsizlikdən ayağı tutulub, ürəyində dəyişikliklər var, müalicə alır: “Gülər Əhmədovanın səhhəti gündən-günə pisləşir”.
 
“Media forum” saytının “Gülər Əhmədovanın həyata baxışında, dünyagörüşündə nə kimi dəyişikliklər var” sualını vəkil belə cavablandırıb: “Gülər xanım insan azadlığının qədrini bilir”.
 
Həbs cəzasında bir məqsədin də insanı islah etmək olduğu barədə “Media forum” əməkdaşının qeydinə cavab olaraq vəkil bildirib ki, islah cinayət işlətmiş qatillər, narkomanlar üçündür: “Gülər xanım nə qatil, nə də narkomandır”.
 
Gülər Əhmədovanın məhkəməsi ötən ilin ikinci yarısında olub. Məhkəmədə jurnalistlərin diqqətini çəkən məqamlardan biri də sabiq deputatın prosesdə dini qiyafədə görünməsi olub. Həbsxanaya düşməmişdən əvvəl Gülər Əhmədova dini ayinləri icra edirdimi, namaz qılırdımı, oruc tuturdumu? Vəkil Əfsər Talıbov bu suala belə cavab verib: “Namaz Allahla rabitədir. Namazı nümayiş etdirmək onun batil olması deməkdir. Buna görə də Gülər xanım heç vaxt bu barədə danışmağı sevmir”.
 
Son vaxtlar mediada Gülər Əhmədovanın həbsdə yazdığı şeirləri də yayılıb. Vəkil bununla bağlı “Media forum”a deyib: “Gülər xanımın yeni şeirlər yazıb-yazmadığını bilmirəm. Çox yazı yaza bilmir, çünki gözlərində və beyin qan-damar sistemində problemləri var. Ümumiyyətlə Gülər xanım şeirlərini çox xəsisliklə bölüşür, çünki özünü şair saymır”.
 
Sabiq deputatın nə mütaliə etdiyinə gəlincə, vəkil bildirib ki, kitabları Gülər Əhmədovaya ailə üzvləri aparır: “Daha çox fəlsəfi, tarixi, əsasən türk tarixi, islam tarixi barədə kitablar istəyir. Gülər xanım Avropa filosoflarının və psixoloqlarının əsərlərini mütaliə edir”.
 
Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsi ötən il oktyabrında yekunlaşıb.
 
Sabiq deputatın ölkədə gedən siyasi proseslər haqda məlumat ala bilib-bilmədiyi barədə suala cavabında vəkil qeyd edib ki, o, saxlandığı təcridxanada xəbərlərə baxa bilir: “Gülər xanım hər zaman olduğu kimi cənab prezidenti və Heydər Əliyev siyasi kursunu dəstəkləyir”.
 
Sonda vəkil vurğulayıb ki, Gülər Əhmədova günahsız yerə həbsdədir: “İnanırıq ki, zaman özü Gülər xanımın günahsız olduğunu sübut edəcək. İctimaiyyət də məhkəmədə iştirak edən media işçilərinin vasitəsilə Gülər xanıma atılan şər-böhtanların heç bir əsası olmadığını gördü”

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM