İntihar edən azərbaycanlı müğənninin ailəsi kimdən şübhələnir?

20:44 / 25.08.2014

“Biz guman edirik ki, zəng kəsirlərə görə olub”.

İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır.

Dünən 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.

Onun evin zirzəmisində asılmış meyitini isə anası aşkar edib.

Yas içində olan Əsgərli ailəsi hələ də şokdan ayıla bilmir. 23 yaşlı qızlarının niyə bu addımı atdığını anlamağa çalışan ana İlhamə Ələsgərova qızını belə xarakterizə edir:

“Sura uşaq vaxtından özünə çox qapalı olub. Heç vaxt problemləri haqqında danışmazdı. Əslində, elə də ciddi problemlərinin olduğunu da bilmirik. Sura həmişə bizə deyirdi ki, siz məni başa düşə bilməzsiniz.

Tünzalə xanımla (Tünzalə Ağayeva) ruh ortaqlığı olduğunu deyirdi. Deyirdi, məni yeganə başa düşən insan Tünzalə xanımdır. Qafqaz Universitetində təhsil alırdı. Hamı da ondan razı idi - tələbə yoldaşları, qohumlar”.

Suranın atası Tahir Ələsgərov isə hadisə baş verən gün Rusiyada olub. Qızı ilə daim telefon əlaqəsi yaradan ata qızının atdığı bu addımı anlamır:

“Suranın yazdığı şeirlərdə dərin məna vardı. Onun şeirləri ilahi sözlərlə dolu olurdu. Özünü Allaha çox yaxın hiss edirdi. Ailəmizdə çox şeir yazanlar olub. Babası da, elə mən özüm də şeirlər yazıram. Amma Suranın şeirləri həmişə bizdən fərqlənirdi. Musiqi təhsili olmasa da, mahnı bəstələyirdi. Amma heç vaxt problemi haqqında heç nə demirdi. Anasına demişdi ki, unversitetdə 3 kəsiri var. Bunu mənə deməyib. Bəlkə də, elə buna görə də intihar edib. Bu, sadəcə, bir fərziyyədir. Bəlkə də, səbəb bu deyil”.

Suranın anası İlhamə xanım hadisə baş verən gün evdə olmayıb. Bankda olan ana qızına zəng eləsə də, Sura ona cavab verməyib:

“Evə qayıdanda gördüm zirzəminin qapısı açıqdır. Tez ora getdim. Pişik saxlayırıq, ora gedincə düşündüm ki, Sura ona baxmağa düşüb. İçəri girəndə mənzərə başqa idi. Sura öz yaylığı ilə özün asmışdı.Tez onu yerə düşürüb, qonşulara xəbər elədim. Polis və təcili yardım gəldi”.

“Sonuncu dəfə Suraya kim zəng eləyib” sualına isə anası belə cavab verdi:

“Telefonuna baxdıq, 21 dəfə mən zəng vurmuşdum. Ondan əvvəl də Abbas adlı universitet yoldaşı zəng vurub. Biz guman edirik ki, zəng kəsirlərə görə olub. Telefonda başqa zənglər olmayıb. Biz telefona baxandan sonra istintaqa təhvil vermişik. Heç kimdən də şübhələnmirik”.

İndi Ələsgərovlar ailəsi istintaqın köməyi ilə qızlarının intiharının səbəbini öyrənməyə ümid edir.

Valideynləri bəzi mətbuat orqanlarında qızları haqqında həqiqətə uyğun olmayan məlumatların getməsindən narahatdır:

“Çox sağ olun ki, siz birbaşa gəlib evimizdə hadisə ilə maraqlandınız, dəqiq faktları bizim özümüzdən eşitdiniz. Ümid edirik ki, sizin reportajınızdan sonra bütün bu məsələlərə aydınlıq gələr". Publika.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM