Nazirlik İŞİD-ə qoşulan güləşçidən yaxasını kənara çəkdi: “Əlaqəni kəsmişik...”

21:25 / 25.08.2014

Hazırda dünyanı dəhşətə salan  “İraq və Şamın İslam Dövləti” (İŞİD, yaxud “İslam Dövləti”) qruplaşmasının tərkibində döyüşmək üçün azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə Suriyaya gedən İsmayıllı sakinlərindən birinin tanınmış güləşçi olduğu xəbər verilmişdi.

Rəşad Baxşəliyev adlı həmin güləşçi İsmayıllı Olimpiya İdman Kompleksində güləş üzrə məşqçi işləyirmiş və respublika üzrə yarışlarda dəfələrlə yüksək nəticələr göstəribmi. R.Baxşəliyev Suriyaya döyüşməyə gedən və radikal cihadçl qruplaşmalara qoşulan yeganə idmançı deyil. Bundan əvvəl də Azərbaycandan bir neçə tanınmış idmançıların Suriyaya getdiyi və orada gedən döyüşlərdə öldürüldüyü məlumdur.

Bəs İsmayıllının idman sahəsinə cavabdeh məmurları, İdman və Gənclər Nazirliyi R.Baxşəliyevin İŞİD-ə qoşulmaq üçün Suriyaya getməsini necə dəyərləndirir? Virtualaz.org dəqiqləşdirib ki, Rəşad Baxşəliyev İsmayıllı Olimpiya İdman Kompleksində yunan-roma və sərbəst güləş üzrə məşqçi işləyirmiş. Onun məşqçi olaraq fəaliyyət göstərməsi haqda Azərbaycan Güləş Federasiyasını saytında da məlumatlar yer alır.

R.Baxşəliyevlə birlikdə İsmayıllı Olimpiya İdman Kompleksində çalışan cüdo üzrə baş məşqçis Əkbər Şəfaqətovla əlaqə saxlayaraq onun barəsində əlavə məlumatlar öyrənməyə cəhd etdik.  Ə.Şəfaqətov onu şəxsən tanımadığını lakin Suriyaya getməsindən xəbərinin olduğunu söylədi.  “Biz ayrı-ayrı bölmələrdə işləyirdik. Mənim onunla heç bir şəxsi münasibətim olmayıb. Mən də eşitmişəm gedib Suriyaya. Bildiyimə görə ailəsi Kəlbəcərdən gəlib İsmayıllıda məskunlaşıb. Başqa heç nə bilmirəm. Mən yetirmələrimi dövlətə, vətənə sədaqət ruhunda yetişdirirəm, kimsə hansısa təsir altına düşübsə nə deyə bilərəm. Bir daha deyirəm ki, mənim o adamla şəxsi münasibətim olmadığından barəsində əlavə heç nə bilmirəm”- deyə Şəfaqətov bildirdi.

 

 

İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov da Rəşad Baxşəliyev haqda yayılan məlumatlardan xəbərdar olduğunu söylədi. Lakin bu haqda heç nə deyə bilməyəcəyini bildirdi. T.Salehov virtualaz.org saytına açıqlamasında dedi ki, bu barədə məlumatı yalnız rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Valeh Salehov verə bilər.  İcra hakimiyyəti ilə əlaqə saxlasaq da Valeh Salehovla danışa bilmədik. O, iş yerində deyildi.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi publika.az saytına açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Rəşad Baxşəliyevin komplekslə 2013-cü ildən əlaqəsinin olmadığını deyib:“Rəşad Baxşəliyev əslən Kəlbəcər rayonundandır. Sonradan onlar İsmayıllının Xankəndi kəndinə köçüblər. Xankəndidə məktəbdə idman müəllimi kimi fəaliyyət göstərib. 2013-cü ildən isə bizə müraciət edib, bildirib ki İsmayıllıdakı İdman Olimpiya Kompleksində məşqçi kimi fəaliyyət göstərmək istəyir.O, kompleksdə müqavilə əsasında işləyib. Yəni ştata götürülməyib. 2013-cü ilin aprel-may aylarında o adam bizimlə müqavilə imzalayıb. Müqavilə imzaladıqdan sonra vaxtında kompleksə gəlib-getmirdi.2013-cü ilin noyabrında kompleksdəki dərslərini vaxtında apara bilmədiyinə  görə onunla bağlanan müqavilə dayandırıldı. Bundan sonra onun bizim komplekslə heç bir əlaqəsi olmayıb”.

Qeyd edək ki, Azərbaycanda idmançılar arasında radikal dini cərəyanlara meylin artması ciddi narahatlıq doğurur. Bir çox hallarda idmanda yüksək nəticələr göstərmiş idmançılar radikal dini cərəyanların təsiri altına düşərək cihadçılara qoşulmaq üçün Suriyaya, İraqa gedirlər. İndiki halda nazirlik R.Baxşəliyevlə bağlı məsələdən yaxasını kənara çəksə də belə görünür ki, idman sahəsinə cavabdeh olan məmurlar bu ciddi problemlə bağlı daha dərindən məşğul olmalıdır.Virtualaz.org


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM