Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak ediblər

18:49 / 09.05.2019

Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovla vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Qeyd edilib ki, böyük bəstəkar Qara Qarayevin tələbəsi olmuş Arif Məlikov geniş yaradıcılıq diapazonu ilə seçilən sənətkar idi. O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini vermişdir. Nazim Hikmətin librettosuna yazdığı "Məhəbbət əfsanəsi" baleti bəstəkara dünya şöhrəti qazandırıb. Balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub.

Arif Məlikov səkkiz simfoniyanın, "Nağıl", "Vətən", "Metamorfozlar", "Axırıncı aşırım" simfonik poemalarının, süitaların, "Bu torpaqda iki nəfər", "İki qəlbin dastanı" baletlərinin, "Torpağın səsi" kantatasının, "Dalğalar" operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.

Vurğulanıb ki, Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur musiqisevərləri öz cazibəsində saxlamaqdadır. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir.

Dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi bütün səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib.

Nazir onu da qeyd edib ki, Arif Məlikov fəal vətəndaşlıq mövqeyi ilə xalqın böyük hörmətini qazanmış ictimai xadim olub. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdıranlar arasında Arif Məlikov da var idi.

Bildirilib ki, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Arif Məlikov 1965-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti, 1986-cı ildə SSRİ Xalq artisti fəxri adlarına, 1986-cı ildə Azərbaycanın Dövlət mükafatına, 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev", 2018-ci ildə "Şöhrət" ordenlərinə layiq görülüb. Nazir daha sonra deyib: "Arif Məlikov Vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə yaşayır, musiqi ilə nəfəs alırdı. Lakin dünya heç kəs üçün əbədi deyil. Ancaq yaxşı ad və unudulmaz xatirələr insanı hər zaman yaşadır. Böyük bəstəkar, pedaqoq, səmimi və təvazökar insan Arif Cahangir oğlu Məlikovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Vidam mərasimində çıxış edən Bakı Musiqi Akademiyasan rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Arif Məlikovun onun üçün doğma bir insan olduğunu söyləyib. Bildirib ki, bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış romansları əsl şedevrdir.

Rektor deyib ki, Arif Müəllimin əsl ziyalı kimi Bakı Musiqi Akademiyasında gənc musiqişünasların, bəstəkarların yetişməsinə böyük zəhmət sərf edib. Arif Məlikov dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman böyük salonlarda səslənəcək, nəinki müəllifinə, həm də mənsub olduğu millətə şöhrət gətirəcək.

Arif Məlikovun dünyasını dəyişməsini Azərbaycan elmi üçün də böyük itki hesab edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, o, böyük akademik düşüncəyə malik bir musiqi xadimi idi. Hər zaman Azərbaycan elmini ləyaqətlə təmsil edən Arif Məlikovun yeni sənətşünaslar, musiqişünaslar nəslinin yetişməsində müəllim, elmi məsləhətçi kimi xüsusi rolu olub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yüksək zirvələr fəth edib. Heç tərəddüd etmədən demək olar ki, Üzeyir Hacıbəylinin "Arşın mal alan", Qara Qarayevin "İldırımlı yollarla", Fikrət Əmirovun "Min bir gecə" əsərlərindən sonra Arif Məlikovun "Məhəbbət əfsanəsi" Azərbaycan xalqına və musiqi mədəniyyətinə dünya şöhrəti qazandırıb.

Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi Ceyhun Allahverdiyev çıxış edərək görkəmli bəstəkarın bənzərsiz sənət dünyasından söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.

Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM