Naxçıvan MR DİN 2014-cü il 23 avqust tarixdə yaydığı məlumata yeni əlavələr edib.
Məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib, aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidi ilə İlqar Nəsibov evə buraxılıb.
Saxlanılan Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdür. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib, bu isə qarşılıqlı ittihama və davaya səbəb olub.
Məlumata Naxçıvan Muxtar Respublika Xəstəxanasının arayışı da əlavə olunub (APA).