Hörmətli oxucular, bir qrup zərərçəkən şəxs redaksiyamıza müraciət edərək “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməllərindən şikayət ediblər. Heç bir əlavə və düzəliş etmədən şikayət məktubunu diqqətinizə çatdırırıq.
Zərərçəkənlər bildirdilər ki;
- Bakı Apellyasiya Məhkəməsinin mülkü kollegiyasının sədri Məmməd Məmmədovun sədrliyi ilə “Şərur” MTK-ya qarşı iddiamız üzrə işə baxılmışdır. Məhkəmə icraatı zamanı hakimin qərarı ilə araşdırmaya cəlb edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 4 aydan çox çəkən detallı hesablamasının nəticəsi olaraq 08 oktyabr 2018-ci il tarixli AKT-ı tərtib etdilərək məhkəməyə təqdim olunmuşdur və nəticədə “Şərur” MTK-ya qarşı mükü hüquqlarımızın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
Dövlət başçısı hörmətli Prezident İlham Əliyev cənabları bütün zərərçəkmişləri (900-dan çox vətəndaşı) bu sıxıntılardan qurtarmaq üçün şəxsi göstərişi ilə 17 dövlət qurum və təşkilatını bu problemin həllinə yönəltmişdir. Bu təşkilatlar arasında bağlanmış müqavilə üzrə vətəndaşlara dəymiş zərərin bərpa olunması “Şərur” MTK-ya tapşırılmışdir. Və uyğun olaraq “Şərur” MTK-ya bütün imkanlar (4 hektardan çox torpaq sahəsinin ayrılması, 10 milyon manat pul vəsaitinin ayrılması, bütün növ vergilərdən azad olumması və s. kimi) verilmışdır. Ancaq bu imkanların böyük əksəriyyətini təyinatı üzrə yox, şəxsi istəkləri üzrə yönəldən “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun dələduz əməllərini Azərbaycan Respublikası Auditorlar Palatasının peşəkar mütəxəssislərinin “Şərur” MTK-dan məcburi qaydada (məhkəmə qərarı ilə) götürülmüş 3000-dən çox müqavilə və ödəniş orderlərinin hesablanmasının 08 oktyabr 2018-ci il tarixli yekun AKT-ı açıq-aşkar ortaya qoymuşdur. Təkzib edilməz faktlarla sübut olunmuş cinayət tərkibli əməlləri azmış kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov tam bir məhsuliyyətsizliklə Cənab Prezidentin göstərişi ilə bağlanmış müqavilə üzrə bütün öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini bildirməkdədir. Onun məhkəmələrə göndərdiyi nümayəndəsi Şahbaz Məmmədovun isə bütün iclaslarda hakimlərin faktlarla bağlı verdiyi suallara təkrarlanan tək bir cavabı olmuşdur – “mənə İsfəndiyar müəllim nəyi deyirsə onu sizə deyirəm”. Hakimin araşdırma aparmaq üçün Şahbaz Məmmədovdan zəruri sənədləri dəfələrlə tələb etməsinə baxmayaraq, o, – “İsfəndiyar müəllim sənədləri mənə vermir” – deyərək məhkəmə araşdırmasını ələ salaraq aylarla uzatmışdır. Sonda hakim tərəfindən məcburi qaydada götürülmə qərarı qəbul edilmiş və icra məmurlarının 4 aylıq çalışmaları nəticəsində zəruri sənədlər “Şərur” MTK-dan götürülmüşdür. Üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməyərək məhkəmənin işini aylarla uzatması və s. kimi hərəkətlər törətməsi “Şərur” MTK-nın vəkilinin belə heç bir qanun-qaydaya əməl etməməsinin bariz nümunəsidir. Şahbaz Məmmədovun verdiyi izahatların isə tamamının ağ yalanlardan ibarət olduğunun isbatı üçün, Azərbaycan Respublikası Auditorlar Palatasının AKT-na və məhkəmənin qəbul etdiyi qətnaməyə baxmaq kifayət edir.
Son vaxtlar şəhid ailəsinin mənzilini əlindən almaqla mətbuatın gündəminə gələn İsfəndiyar Axundov indi də zərərçəkmişlərin qanuni qətnaməsini ləğv etdirmək məqsədi ilə Ali Məhkəməyə şikayət vermişdir. O, havadarlarına güvənərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Məmməd Məmmədovun qanuni və ədalətli qətnaməsini ləğv etdirəcəyini açıqca bildirməkdədir.
Şərur MTK-nın hüquqşünası Şahbaz Məmmədov bu məsələlərdə xüsusi fəallıq göstərərək məhkəmələrdə çəkinmədən – “mən qanuna yox, ancaq İsfəndiyar Axundovun tapşırıqlarına əməl edirəm” - söyləməsi, İsfəndiyar Axundovun hüquqüstü bir kimliyə sahib olduğunu göstərir.
Zərərçəkmişlər PA-na gedərək 1-ci Vitse-Prezident Xanım Mehriban Əliyevaya müraciət etmək niyyətində olduqlarını bildirdilər.
14 may 2019 il.
İmzalar:
Abasov Mahir Ruşan oğlu _________________
Səfərov Alim Ərəstun oğlu ____________________
Abbasov İlqar Vəlican oğlu______________________
Əliyev Zəfər Əlisahib oğlu_______________________
Məmmədli Müzəffər Əli oğlu_____________________
Şirinbəyova Maral Muxtarpaşa qızı_________________
Abasova Seyranə Şərəfxan qızı_____________________
İsgəndərov Vidadi Təhlət oğlu_____________________
Aslanova Nailə Vasif qızı_________________________
Abasov Mahir Ruşan oğlu_________________________
Talıbova Zibeydə Dadaş qızı_______________________
Əliyev Qulamhüseyn Əlihüseyn oğlu_________________
Abıyev Anar İsrəfil oğlu __________________________
Cəfərov Mafisəd İltizam oğlu _________________________
Redaksiyanın qeydi: Şikayət məktubu imzalarla təsdiqlənib. Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək üçün dünən Şərur MTK-nın hüquqşünası Şahbaz Məmmədovla əlaqə saxladıq. Ancaq Şahbaz Məmmədov ətrafda olan səs – küy səbəbindən danışa bilmədi və bizimlə əlaqə saxlayacağını bildirdi. Şahbaz Məmmədov redaksiya ilə əlaqə yaratmadığı üçün bu gün yenidən onunla əlaqə yaratmağa və məsələyə münasibətini öyrənməyə cəhd etdik. Cəhdlərimizə baxmayaraq, Şahbaz Məmmədovun mobil yelefonu qapalı olduğu üçün məsələyə münasibətini öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM