Bakıda və Gəncədə beynəlxalq müzakirələr keçiriləcək Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirir. Ermənistanın regional təhdidi mövzusunda keçiriləcək müzakirələrin əsas məqsədi Ermənistanın Azərbaycan topraqlarını işğal etməsi nəticəsində regionda ölkələrarası münasibətlərin inkişafına, qarşılıqlı əlaqələrə təsir etməsi, humanitar əlaqələrin qurulmasına mane olmasının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. “Ermənistanın regional təhdidi mövzusunda beynəlxalq tədbirlərin təşkili” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində iki mühüm beynəlxalq Forum keçiriləcək. Bakı şəhərində baş tutacaq tədbir may ayının 30-da, Gəncə şəhərində isə iyun ayının 12-də keçiriləcək. Bakıda və Gəncədə keçirilən Beynəlxaq Forumda yerli ekspertlərlə yanaşı, Azərbaycanda akkreditasiya olunan beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri yerli və o cümlədən xarici media nümayəndələrinin iştirakı nəzərdə tutulub. Layihənin həyata keçirildiyi müddətdə “Facebook” sosial şəbəkəsində təşkilatın qrup və səhifələrində online formada İctimai Forumlar təşkil olunacaq. Bu Forumlara isə yerli iştirakçılarla bərabər əcnəbi sosial şəbəkə istifadəçiləri də cəlb olunacaq. Virtual Forumların keçirilməsində əsas məqsəd müxtəlif xarici ölkələrdən olan sosial şəbəkə istifadəçilərinin bu müzakirələrdə iştirakı və onların Ermənistanın işğalçılıq siyasəti haqqında həm məlumatlandırılması, həm də geniş təbliğat mexanizminin qurulmasıdır. Bu Forumlar vasitəsilə Ermənistanın işğalçılıq siyasəti və bu təcavüzün regionda müxtəlif problemlər yaratması dünya ictimaiyyətinə və mediasına, vətəndaş cəmiyyətinə çatdırılacaq. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri,siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti uzun illərdir davam edir: “Bu müddət ərzində Ermənistanda 5-ci hakimiyyət dəyişikliyi olub. Lakin heç bir halda işğalçılıq siyasətindən imtina edilməyib. Təəssüf ki, indiyə qədər dünya dövlətləri, beynəlxaql təşkilatlar təcavüzkar olan Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi üçün açıq çağırış etməmiş, Azərbaycan torpaqlarını işğaldan azad etməzsə, ona qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan etməyib”. Rufiz Qonaqov layihənin məqsədləri haqqında danışarkən əsas məqsədin region dövlətlərinin Azərbaycana dəstəyinin ifadə olunması və torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ münaqişəsinin həllində ölkəmizə dəstək verilməsinin təmin etmək olduğunu bildirib: “Regionda qarşılıqlı etimad, humanitar əlaqələrin güclənməsi və gələcəkdə bu təhlükənin region üçün ciddi probelmlərin yaranmasına dünya ölkələrinin, beynəlxalq təşkilatların daha çox diqqətini cəlb etmək məqsədlərimizdəndir”
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM