Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə rəsmi səfərə gəlib - Fotolar

18:48 / 17.05.2019

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə rəsmi səfərə gəlib. 

 Həştərxan şəhərinin beynəlxalq aeroportunda Azərbaycan nümayəndə heyətini Həştərxan vilayəti qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Sergey Morozov və digər rəsmi şəxslər qarşılayıblar. Ənənəyə görə, qonaqları duz-çörəklə qarşılayıblar. 

Sonra Azərbaycan və Həştərxan nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər güllər düzüblər. 

Heydər Əliyev adına parkda hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə rəmzi ağacəkmə aksiyası keçirilib. 

Daha sonra Həştərxan vilayəti administrasiyasında Azərbaycan və Həştərxan nümayəndə heyətlərinin görüşü olub. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib, qarşılıqlı əməkdaşlığı genişləndirməyin və dərinləşdirməyin vacibliyi vurğulanıb. 

Görüşdən sonra Əli Həsənov və Sergey Morozov Azərbaycan və Rusiya KİV nümayəndələrinin suallarını cavablandırıblar. 

Əli Həsənov jurnalistlərlə söhbətində deyib ki, Həştərxan vilayəti qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovla görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib. Prezidentin köməkçisi deyib: “Biz regional əməkdaşlığı dərinləşdirəcək, genişləndirəcək və inkişaf etdirəcəyik. Bu, həm Həştərxan vilayətinin sakinləri, həm də Azərbaycan əhalisi üçün vacibdir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri bizim qarşılıqlı tərəfdaşlıq münasibətlərimizin strateji istiqamətlərini müəyyən ediblər. Həştərxan vilayətinin və Azərbaycan Respublikasının rəhbərləri bu planları ən qısa müddətdə həyata keçirməyə çalışacaqlar”. 

Qubernator səlahiyyətlərinin icra edən Sergey Morozov vurğulayıb ki, Həştərxan vilayəti Azərbaycan ilə qarşılıqlı fəaliyyət üzrə böyük işlər planlaşdırır. S.Morozov deyib: “Bugünkü görüşümüz ümumi niyyətlərə yönəlmiş daha bir addımdır. Görüş yüksək səviyyədə keçdi və biz bundan sonra da ikitərəfli münasibətlərin inkişafını davam etdirəcəyik”. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan İşgüzar Mərkəzində olub, orada Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın adından Həştərxan şəhərindəki uşaq evlərində tərbiyə alan bir qrup uşağa ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə xatirə hədiyyələri təqdim edilib. Uşaqlar onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür ediblər. Hədiyyələrin təqdim edilməsi mərasimindən sonra uşaq evlərində tərbiyə alanlar və onların müəllimləri Azərbaycan İşgüzar Mərkəzinin binası qarşısında Azərbaycanın üçrəngli bayrağı rəngində olan şarları səmaya buraxıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib. 

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə gəlib. Burada təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə tər çiçəklər qoyulub. Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Ulu Öndərin adını daşıyan və 8 il bundan əvvəl Fondun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəbdə şagirdlər tərəfindən bədii konsert proqramı təqdim olunub. 

Tədbir çərçivəsində təhsildə fərqlənən şagirdlərə və onların müəllimlərinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, vitse-prezident, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Fondun çoxşaxəli fəaliyyətinə görə təşəkkür ifadə edilib. 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, habelə Fondun həm ölkəmizdə, həm də Azərbaycan hüdudlarından kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib. Qeyd edilib ki, Rusiyanın çoxsaylı regionlarında müxtəlif layihələr reallaşdıran Fond Həştərxan vilayətinin əsl dostudur.

Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri səlahiyyətlərini icra edən Denis Afanasyev, Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova, Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərini qeyd ediblər.

Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Həştərxan vilayəti ərazisində yaradılmış Azərbaycanın “KDY Logistics” şirkətinin logistik habı ilə də tanış olub. Bu şirkət “bir pəncərə” prinsipi üzrə gömrük və fitosanitar nəzarətin həyata keçirilməsini, həm Azərbaycandan, həm də başqa ölkələrdən kənd təsərrüfatı məhsullarının qəbulunu, saxlanılmasını və göndərilməsini təmin edir. Hab ilə tanışlıq zamanı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Həştərxan vilayəti gömrük xidmətinin, “Rospotrebnadzor”un, “Rusiya Dəmir Yolları” ASC-nin Volqaboyu dəmiryolu struktur bölməsinin Həştərxan şöbəsinin və digər əlaqədar strukturların rəhbərləri ilə fikir mübadiləsi aparıb.

Bununla da Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri başa çatıb.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM