“Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.
Strategiya.az Musavat-a istinadən xəbər verir ki, qətlin son günlərin əsas müzakirə mövzularından birinə çevrilməsinin özəl səbəbi var: ”Emin 444" xüsusi qəddarlıqla, 78 bıçaq xəsarəti yetirilməklə öldürülüb.
Bu amansızlığın səbəbi haqda da mərhumun yaxınları ilginc açıqlamalar veriblər.
Deyiblər ki, Emin Səfərov qətlə yetirilməzdən əvvəl qonşuları, kikboks üzrə dünya çempionu Zaur Yusifovla mübahisə edib. Ona sələmə pul verməsini, digər bu sayaq əməllərini irad tutub. Bu zəmində tərəflər arasında mübahisə olub.
Həmin mübahisədən sonra Zaur Yusifov Emin Səfərovun qətlini planlaşdırıb, atası Əli Yusifov, qardaşı Zamin Yusifov, bacısı oğlu Vüqar və 1995-ci il təvəllüdlü Həsən Tağıyev cinayəti icra ediblər. Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib, deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb.
Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar.
Əli Yusifovun dediklərindən sitat:
“Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. ”Çölə" çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq".
Emin Səfərovun anası Məlahət Səfərova deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danışır: “Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etməyib. Yalan danışır. Zaurun ayağında bıçaq xəsarəti var. Hadisədə iştirak etməyibsə, həmin xəsarət onun ayağında haradan əmələ gəlib? Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Zamin, Vuqar, onun özü oğluma hucum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Bu qədər yalan olmaz. Emin tək olub, bunlar 4-5 nəfər”.
Məlahət Səfərova deyir ki, Əli Yusifovun obyektlərinə hucum olması, onların obyektlərinin yandırılması doğru deyil:
“Bu adamlar oğlumu öldürüblər, indi də bizə qarşı belə yalanlar uydururlar. Oğluma qarşı cinayəti Həsən Tağıyev tək törətməyib. Onu həbs ediblər. O da deyib ki, bu cinayəti boynuna götürməsini ona Zaur Yusifov tapşırıb. Bundan sonra da Zaur Yusifovu da həbs ediblər. Zaurun atası əvvəldən yalandan deyirdi ki, guya hadisə olandan sonra Zauru evdən çağırıb, Zaur onu xəstəxanaya aparıb. Zaurun ayağında bıçaq xəsarətinin izi var. O, hadisədə birbaşa sifarişçi, iştirakçıdır. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Onlar həmin bıçaqları oğluma bir yerdə vurublar”.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM