“10 min uzatdı, dedi özünə ev alarsan” – Oğlunu satmağa görə həbs olunan ana – VİDEO

13:09 / 21.05.2019

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında keçmiş məhkum Zöhrə İskəndərovanın həyat hekayəsi və gələcək planlarından danışılıb:

Zöhrə İskəndərova – 8 il azadlıqdan məhrum olunmuş qadın: “Şəmkir rayonunda anadan olmuşam. 1989-cu il təvəllüdəm Mənim də bəzi gənc qızlar kimi arzularım var idi. Amma olmadı, heç biri həyata keçmədi, daha doğrusu qoymadılar keçsin. Kasıb ailədə anadan olmuşam. 3 uşa olmuşuq. 2 qız, 1oğlan. Anam bizi orda-burda işləyib, əziyyət çəkib saxlayırdı. Məni bibimin oğul nəvəsinə nişanladılar. 18 yaşım hələ tamam deyildi. Atam narazılığını bildirdi, dedi ki, mənim qohumlarımdır və mən onları yaxşı tanıyıram, getmə. Sonra mənə xəbər çatdı ki, qayınatam bizimlə qohum olmaq istəmir. Atam içir deyə istəmirdi, amma özü də içən, qumarbazın biri idi. Dedim lap yaxşı, istəmirsə məcburi ailə olmaz. Nişanı qaytarmaq niyyətimi bildirmək üçün zəng elədim nişanlıma, yəni Pərvizə. O da dedi ki, elə söhbət yoxdur, yalandır. Əsəbiləşdi, özündən çıxdı, dedi ki, mən səni, üzüyü atmaram. Bir-iki gün keçməmiş bizə qonaq gəldilər. Mənə dedi ki, gedək bir az çöldə söhbət edək, biraz uzaqlaşmışdıq ki, məni götürüb qaçırdılar. Kənd yerində qaçırılan qız bir də qayıtmaz. Bizdə problem böyüklərdən, bizim ailə ilə onların ailəsinin davasından başladı. Ziyan da mənə dəydi. Oğluma 8 aylıq hamilə idim, gəldim atamın yurduna. Anam Bakıda yaşayırdı. Dözmədim, uşağımı da götürüb gəldim anamın yanına. Gəldim anamın əziyyətini görüb daha pis oldum. Kafedə süpürgəçi işləyirdi. Zəng edib dedim ki, uşağa görə 3 ildir mən əziyyət çəkirəm, biraz kömək et. Anam nə qədər əziyyət çəksin bizə. Dedi mənim uşağım yoxdur, mən onu qəbul etmirəm, nə uşaq? Dedim ki, mən uşağı verəcəm imkanlı ailəyə, səndən yaxşı ata, məndən yaxşı ana olacaqlar ona. Hirslənib telefonu söndürdüm. Bizim evə ailəli dost oğlan var idi,o gəlib gedirdi. O da indi məhkumdur. Mən artıq hazırlaşırdım ki, uşaq evinə getməyə. Murada dedim ki, mənə kömək elə. Yolda gedirdim maşınla qabağımı kəsdilər. Dedi ki, Muradın dostuyam, gəl bir az söhbət edək, oturdum maşına. Günahım elə onda oldu. Dedi ki, Murad bizlə əlaqə saxlayıb, eşitdik  ki, uşağını övladlıq vermək istəyirsən. Mənim qohumlarım uşağı götürmək istəyir, verək onlar saxlasın. Həftədə də bir dəfə gəlib uşağını görərsən. Sizə bir təklifi var dedi. Soruşdum nə təklifidir? Arxadan mənə 10 min manat uzatdı. Dedi götür bunu, özünə, ev, torpaq alarsan. Dedim ay qardaş sağolun, Murad mənə yaxşılıq edib. Mən uşağımı vermirəm. Bunları başa düşmürdüm ki, uşaq alveri, uşaq ver, pulu al. Hələ də anlamırdım. Murad dedi ki, yaxşı düş qabaqdan uşağı götür. Düşəndə məni tutdular. Polis dedi neynirsən burda, uşaq sənindi? Dedim hə mənim oğlumdur. Sumkamı açdılar, 10 min manat çıxdı. Dedi bəs bu nə puldur, uşağını satırdın? Dedim yox, mən uşağımı satmırdım. Bu nə puldu soruşanda, Elşəndən soruşun dedim. Elşən Muradın da mənim də evimi yıxdı. Murad o yana, həm azadlığımı, həm də balamı əlimdən aldı. Allah bağışlamaz. Allah bağışlasa da, mən bağışlamayacam. “Nəylə tutulmusan?”soruşanda nə deyə, nə də susa bilirəm. Çünki gec-tez hamısı məlum olur, hamı bir-birini tanıyır. Rayon qızı idim, bilmirdim. Övladlığa belə and olsun Allaha vermək istəmirdim. Mənim günahım onda oldu ki, maşına oturdum. Məqsədim uşağıma gün almaq üçün uşaq evinə qoymaq idi, satmaq yox. Böyüyəndə də mənə nifrət edəcək bu işimə görə. Heç kim başa düşmür məni, böyüklər başa düşmədi, öz doğma atam mənə inanmadı. Onlar başa düməyəndən sonra uşaq hardan başa düşəcək, deyəcək sən məni satdın! Ən böyük arzum burdan çıxıb, uşağımı geri qaytarmaqdır. Belə bir sualım var. Bizim kimi dustaqlara ikinci şans verirlər? Mənə ikinci şans verilər? Övladımla qovuşmaq, yenidən ana olmaq üçün. Daha sonra oğlumla məhkəmədə görüşdüm. Əfv üçün ərizə yazdım. Yeni ili azadlıqda, anam və oğlumla birgə keçirməyi arzuladım. Arzum reallaşdı. İnanmırdım ki, əfv siyahısına düşə biləm, elə bir ümidim də yox idi. Azadlıqdayam! Şükür”.

Həqiqət İsgəndərova – məhkumun anası: “Ayın 30-u hazırlaşırdım yanına gəlməyə. Birdən zəng gədi, dedi ki, mama əfv olundum, sabah gəl, məni buradan çıxar. Çox sevindim”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM