Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyanın "Ermənistan əsgərləri heç nəyi gözləməməli, Azərbaycanın mövqelərinə zərbələr endirməlidir" sözlərinə Azərbaycandan ciddi təpki gəlib.
ANS PRESS-in məlumatına görə, hərbi ekspert, polkovnik Cəlil Xəlilov deyib ki, bütün Ermənistan xalqı və dünya ictimaiyyəti bilir ki, Azərbaycan bu gün Qafqazda ən güclü bir orduya malik olan ölkədir.
“Azərbaycan 1992-93-cü illərin Azərbaycanı deyil. Hazırda ölkəmizin bütün imkanlara və mənəvi-psixoloju duruma malik olan bir nizami ordusu var. Həm də dünya ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi var ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmalıdır, ancaq yenə də həyasızcasına dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Ağlayırlar ki, iqtisadi cəhətdən dolana bilmirlər, acdırlar. Bu yaxınlarda erməni katalikosu Şeyxə məktub yazır ki, Azərbaycan ordusu təzyiqləri dayandırsın. Azərbaycan isə beynəlxalq hüquq normalarına riayət etməklə sülh yolu ilə öz torpağını işğaladan azad etmək istəyir. Ermənilər isə indi görün, nələrə əl atır. Onlar düşünür ki, 1992-ci ildə keçmiş SSRİ-nin ordusundan istifadə edərək silahsız, əliyalın insanlara silahlı təzyiq göstərərək Azərbaycan ərazisini zəbt ediblər. Elə bilirlər ki, yenə də həmin dövrdür. Bu gün nə keçmiş SSRİ-nin ordusu, nə də Ermənistanın Azərbaycana təzyiq göstərmək üçün gücü var. Ermənistanın əhalisi günü-gündən azalır, heç 2 milyon əhalisi qalmayıb, gənclər ordudan imtina edir, xarici ölkələrə qaçırlar. Azərbaycan ordusunun büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. Yəni onu demək istəyirəm ki, Ermənistan hazırda Azərbaycanın bir qarış torpağını belə tuta bilməz”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.
Bakı şəhər Veteranlar Şurasının sədri, polkovnik Məhərrəm Cahangirov isə hesab edir ki, qoy ermənilər şovinist fikirlərindən uzaqlaşsınlar: “Onların xəyalları 1992-ci ilə gedib. O vaxtlar bizimkilər özlərini müdafiə edirdi, ermənilər isə 4 ildir ki, müharibəyə hazırlaşırmış. Düzdür, ermənilər 1-ci Qarabağ savaşında öz arzularına çatdılar. Bu günkü Azərbaycan ordusu o dövrün ordusu deyil. Ermənilər populist fikirlərindən əl çəksələr yaxşıdır. Bu gün Azərbaycan ordusunun döyüş hazırlığı, potensialı, qabiliyyəti, imkanları, komandir və əməliyyat hazırlığı elə səviyyədədir ki, ermənilər xülyalara dalıb nəyisə planlaşdırsa belə, onların burnu əziləcək. Mənim erməni xalqına yazığım gəlir. Müharibə aparmaq elə də asan iş deyil. Müharibədə əsas ölkənin iqtisadi potensialı önə çəkilir. Ermənilərin hazırkı döyüş hazırlığına bələd olduğumuza görə deyə bilərik ki, sonda müharibəyə başlasalar, peşman olarlar”.
Polkovnik Məhərrəm Cahangirov deyir ki, Azərbaycanın Ali Baş Komandanı sülhsevər olduğuna görə istəmir ki, Azərbaycan oğlulları müharibədə həlak olsunlar.
“Prezident Qarabağ problemini sülhlə sona çatdırmaq fikrindədir. Azərbaycan əsgərinin döyüş ruhu indi çox yüksəkdir. Belə ordunu məğlub etmək mümkün deyil. 1-ci və 2-ci çeçen müharibələrində bir neçə yüz min çeçen xalqı atom silahı olan Rusiya ordusu qarşısında duruş gətirdi, məğlub olmadı, çünki onların döyüş ruhu çox yüksək idi. Ermənistan silahlı qüvvələrində isə döyüş ruhu yox dərəcəsindədir. Mən isə əminliklə deyə bilərəm ki, tam hazırlıqlardan sonra 2-3 həftə ərzində işğal edilmiş torpaqları tam azad edə bilərik”, - deyə Bakı şəhər Veteranlar Şurasının sədri bildirib.
Qeyd edək ki, general-mayor Arkadi Ter-Tadevosyan deyib ki, Ermənistan hərbçiləri cəbhədə Azərbaycanın mövqelərinə zərbə endirmək iqtidarındadır.
“İmkan verə bilmərik ki, bizə hücum etsinlər və itkilərimiz olsun. Əgər biz Azərbaycan tərəfinə hücum etməsək, onları atəş altında saxlamasaq daim gərginlik altında yaşayacağıq”, - deyə Tadevosyan bildirib.
Qeyd edək ki, bu cür təxribat xarakterli çağırışlar erməni tərəfindən ilk dəfə deyil səslənir. Cəbhədəki son döyüşlərdən sonra Ermənistanda Qarabağ müharibəsinin iştirakçıları tez-tez bu cür çıxışlar edirlər. Son döyüşlərdən sonra erməni əsgərlərində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq üçün keçmiş döyüşçülər belə pafosla danışırlar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM