Şəhərin müxtəlif ərazilərində yol kənarlarında ərzaq məhsullarının satışına rast gəlmək olar. Toz-torpağın içində satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli hesab olunur.
Bu məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
İsa Əliyev – Qida mühəndisi: “Bir çox hallarda marketlərin içəridə və ya soyuducusunda yeri olmur. Yer olmadığına görə, onu çölə qoyur”.
Mütəxəssislərin sözlərinə görə, Bakı kimi tozlu, küləkli bir şəhərdə küçə ticarəti işini aparmaq qətiyyən məqsədə uyğun deyil. Nəzərə alsaq ki, Bakı tozlu olması ilə yanaşı, həm də günəşli şəhərdir. Tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətlərini tamamilə itirir.
İsa Əliyev – Qida mühəndisi: “İsti şəraitdə onun içindəki sporlar və mikroorqanizmlər münbit şərait tapan kimi inkişaf edir və bu da nəticədə kiflənməyə və rənginin dəyişilməsinə, iyinin dəyişilməsinə gətirib çıxarır”.
Bundan başqa küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulur.
Günay Rəsulova – Həkim: “Xüsusilə yay fəslində qidaların açıq havaya çıxarılması onların həm temperatur təsirinə məruz qalmasına, həm qidada xarab olma prosesinə başlamasına və həmçinin insan orqanizmi üçün artıq qeyri-sağlam hala düşməsinə səbəb olur”.
Satdığınız məhsulları niyə günəş altında saxlayırsınız?
Satıcı: “Günəş altında deyəndə ki, o təzə gəlib, vuracağıq içəri”.
Satıcı: “Mal indi gəlib, 5-10 dəqiqəyə qoyuruq içəri. Restoran gəlib mənə mal yazır. Deyir ki, yaz bir qutu yumurta. Qutuda 13 dənə olur. Bir var ki, gedim içəridən gətirim, hazır ordan verirəm”.
Günay Rəsulova – Həkim: “Bundan başqa açıq havada plasmas qablarda satılan sular da var ki, insanlar çox vaxt yayda bu suları alıb istifadə edirlər. Bu suların alıb istifadə edilməsi də əlbəttə ki, insan orqanizmi üçün təhlükəlidir. Yenə də zəhərlənmə və mədə-bağırsaq pozğunluqlarına gətirib çıxara bilər”.
İsa Əliyev – Qida mühəndisi: “Xüsusən kiçik marketlər buna daha çox riayət etmir. Böyük marketlərdə çox vaxt buna riayət olunur. Qida məhsullarının sanitar gigiyenik və soyuq zəncir prinsipinə əməl edən marketlərdən və yerlərdən mağazalardan alış-verişlərini etsinlər”.
Qida təhlükəsizliyi agentliyindən bildirildi ki, qida məhsullarının açıq havada, günəş şüalarının altında satışı yolverilməzdir. Vətəndaşlara bu şəraitdə satılan məhsulları almamağı məsləhət görülür. Qida məhsullarının açıq şəkildə günəş şüalarının altında satışı halları ilə rastlaşdıqda, agentliyin 1003 çağrı mərkəzinə məlumat vermək tövsiyyə edilir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM