Bu gün tanınmış həkim, diaqnostika və müalicə sahəsində görkəmli alim Məmməd Emin Əfəndiyev məktəbinin yetirməsi və davamçısı, mənim anamla birgə Bərdə rayonunun Ləmbəran kəndində həyata göz açmış olan Xurşud xanımın və Tərtər rayonunun Mamırlı kəndindən olan Azərbaycanın ictimai - siyasi, iqtisadi fəaliyyətində mühüm rolu olan Hətəm Quliyevin ailəsində doğulan tibb üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında fəal elmi işlə məşğul olan Rasim Hətəm oğlu Quliyevin anadan olmasının 80 illiyi tamam olur.
Rasim Hətəm oğlu Quliyev 1946-ci ilin sentyabırında Tərtər rayonunun Mamırlı kəndində 1-ci sinifə daxil olmuş , 1953-cü ildə həmin məktəbin 7-ci sinifini bitirdikdən sonra valideyinləri Bakiya köçdüyü üçün Bakı şəhərinə gəlib təhsilini davam etdirmişdir. 1958-ci ildə Azərbaycan Tibb Institutuna daxil olub, 1964 - cü ildə əla qiymətlərlə həmin Universiteti bitirmişdir.
1964-1968-ci illərdə gənc yaşlarında Naftalan kurortunda həkim, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini işlədiyi dövrlərdə Sovetlər İttifaqının hər tərəfindən müalicəyə gələn xəstələr arasında yaxşı həkim kimi böyük rəğbət qazanmış, barəsində “Trud” qəzetində “Sizə minnətdaram, insanlar” adlı böyük bir məqalə dərc edilmişdir.
Naftalan kurortunda 4 il işlədikdən sonra - 1968-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Daxili xəstəliklərin propedevtikası kafedrasına aspiranturaya daxil olmuş və elmi işini müvəfəqiyyətlə müdafiə etmişdir. 1970-ci ildə Daxili xəstəliklərin propedevtikası kafedrasında dərs deməklə yanaşı, müasir təbabətin bir çox sahələrinə aid 130-dan artıq elmi məqalə, 3 dərslik, 1 monoqrafiya yazmışdır.
Rasim Quliyev 1970 – ci ildən həyat yoldaşı Kimya xanımla birgə tibb sahəsində çalışırlar. 1975-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Sovet həkimlərinin tərkibində aparıcı mütəxəssis kimi Qvineya-Bissau Respublikasına ezam edilmiş, Respublika Prezidentinin ailə həkimi olmuşdur.
Xalqımızın adına layiq fəaliyyət göstərən həkimin fədəkar əməyi Qvineya-Bissau Respublikasının mərkəzi qəzeti olan “NOPİNTCA” qazetində və eləcədə yazıçı V.Şapoşnikova tərəfindən yazılmış “Moskva” jurnalında da geniş şəkildə işıqlandırılmış, dövlətin Səhiyyə Nazirliyi və Sovet səfirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
1982-ci ildən Sovet həkimlərinin tərkibində məsləhətçi kimi Şimali Yəmən Ərəb Respublikasına ezam olunan Rasim Quliyev əvvəlcə Sovet Həkimləri qrupunun ilk partiya təşkilat katibi, 1983- cü ildən isə 337 nəfərlik Sovet Həkimlərinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Bu dövrdən Yəmən Ərəb Respublikasından çoxlu miqdarda yerli həkimlər SSRİ-yə ixtisaslaşma kurslarına, aspiranturaya göndərilmişdir. Həmin şəxlər elmi işlərini müvəffəqiyyətlə bitirdikdən sonra Yəmən Ərəb Respublikasında geniş müalicə, diaqnostika, prafilaktika işləri ilə məşğul olmağa başlamışlar. İlk dəfə biləvasitə Rasim Quliyevin təşkilatçılığı nəticəsində SSRİ-dən 93 nəfər həkim və orta tibb işçisi bu ölkəyə dəvət edilmiş, ölkənin paytaxtında yerləşən Mərkəzi Hospitalda müqavilə əsasında işə başlamışlar.
Elə bu dövrdə 9 May qələbə günü münasibəti ilə Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi 3 həkimi, o cümlədən Quliyev Rasim Hətəm oğlunu Fəxri Fərmanla təltif etmişdir. Dosent Rasim Quliyev Sovet səfirliyi tərəfindən fədəkar işinə görə sosializm yarışının qalibi döş nişanı ilə təltif edilmişdir. Millətimizi öz şərəfli əməyi ilə təmsil edən tanınmış alim Rasim Quliyevin elmi və praktik fəaliyyəti Qvineya-Bissau Respublikasının hökümət və səfirliyi, eləcə də Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi və Sovet səfirliklərinin tərəfindən həmişə yüksək sənərtkarlığı və təşkilatçılığı qeyd rdilmişdir. Bu illərdə hər iki ölkədə təbabətin müxtəlif sahələrinə həsr edilmiş 12 elmi məqalə Azərbaycan Tropik Xəstəliklər Institutunun elmi konfranslarında məruzə şəklində dərc edilmişdir.
Rasim müəllim xaricdə olduğu kimi ölkəmizdə işlədiyi müddətdə fakültə Partiya təşkilat katibi olmuş, fakültə və institun ictimai fəaliyyətində aktiv iştirak etmiş, Respublikamızda gənc həkimlərin hazįrlanmasında bu gün də çalışmaqdadır. Onun yetirmələri Azərbaycan Tibb Universitetində və Respbulikamızın müxtəlif rayonlarında yüksək səviyyəli mütəxəssis kimi çalışaraq xalqımıza fədakarcasına tibbi xidmət göstərirlər.
Doğrudanda deyirlər ot kökü üstə bitər. Rasim müəllim Azərbaycanın ilk maarifçilərindən olan Tərtər, Bərdə rayonlarının, Şuşa şəhər məktəbində sonralar Qaryagin Uyezt Maarif şöbəsinin müdiri işləmiş Musa bəy Quliyevin nəvəsidir. Musa bəy Quliyev Nəriman Nərimanov, Süleyman Sani Axundov və digərləri ilə birlikdə Qori Seminariyasının başa vurduqdan sonra Peterburq müəllimlər institunun bitirmiş ziyalılarından birisidir. Rasim həkimin həyat yoldaşı Kimya xanım Ə.Qarayev adına xəstəxanada həkimdir. Qızı Lamiyə Quliyeva 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, hal-hazırda tibb üzrə fəlsəfə doktoru kimi həmin Universitetin Daxili xəstəliklər kafedrasında həm həkim, həm də fəal elmi işçi kimi çalışır. Nəvələri Rza və Rəsul uğurla ali təhsil alırlar.
Ömrünün 80-ci baharını yaşayan Rasim həkim bu gün də əsil vətəndaşlıq mövqeyi ilə seçilir. Bakı şəhərində, Bərdə, Tərtər rayonlarında, Ramana Şuşa qaçqın şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə təmənnasız olaraq tibbi yardım göstərir.
Əhatəsində olan insanların, həmkarlarının və tələbələrinin rəğbətini qazanan Rasim müəllimə ömrününün müdriklik çağında möhkəm cansağlığı, xeyirxah işlərini davam etdirmək üçün bundan sonra da güc-qüvvət arzulayırıq! Rasim həkim Ad Günün mübarək olsun!
Arif Cəmil oğlu Quliyev
Hüquq elmləri doktoru, professor,
Ukraynanın Əməkdar təhsil işçisi,
“Xalq diplomatiyası institutu” və
“Ukrayna Azərbaycanlıları Alimlər şurası”
İctima təşkilatlarının sədri,
Ukrayna Elmlər Akademiyasının akademiki
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM