Cinayətə görə məsuliyyətin inkar edilməsi insan hüquqlarının pozulması deməkdir və möhkəm sülh və əsl barışıq yolunda birbaşa maneədir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev mayın 23-də Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxışında bəyan edib.
Diplomat qeyd edib ki, bu il mülki şəxslərin müdafiəsi məsələləri ilə bağlı bir neçə mühüm ildönümü, o cümlədən beynəlxalq humanitar hüququn fundamental elementi olan 1949-cu il Cenevrə Konvensiyasının qəbul edilməsinin; Təhlükəsizlik Şurasının 1999-cu ilin fevralında bu mövzu ilə bağlı ilk açıq müzakirələr aparmasının, müzakirələrin yekunlarına görə Təhlükəsizlik Şurası sədrinin bəyanatının (S/PRS/1999/6); elə həmin il Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi haqqında 1265 nömrəli ilk qətnamənin (1999) qəbul edilməsinin; 1270 nömrəli qətnamədə (1999) BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq mülki şəxslərin müdafiəsi barədə aydın mandatla BMT-nin sülhməramlı əməliyyatına icazə verilməsinin ildönümü qeyd edilir.
Lakin mülki şəxslər silahlı münaqişələr zamanı adekvat olmayan müdafiənin nəticələrindən əziyyət çəkməyə davam edirlər. Y.Əliyev vurğulayıb ki, münaqişələrin əksəriyyətinin, bəlkə də hamısının şərtləndirici amili əvvəlki kimi tərəflərdə mülki əhalinin müdafiəsi ilə bağlı öz öhdəliklərinə hörmət etmək və bu öhdəliklərin icrasını təmin etmək bacarığının olmamasıdır. Konseptual sənəddə (S/2019/385) qeyd edilir ki, beynəlxalq humanitar hüquq normalarına riayət olunmasının təmin edilməsi hazırda əsas problemdir və qarşıdakı illərdə üzv dövlətlərin mühüm prioriteti olmalıdır.
Azərbaycan diplomatı bildirib ki, beynəlxalq hüquqa hörmətin artırılması üçün əsas amil cinayətə görə məsuliyyətin təmin edilməsi zərurətidir. Sülh səylərinin qanunsuz güc tətbiqinin, habelə hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı kimi digər qatı cinayətlərin yaranacağı vəziyyətlərə heç bir vəchlə təşviq etməməsi, belə vəziyyətləri qəbul etməməsi və onlara yol verməməsi son dərəcə əhəmiyyətlidir.
Azərbaycan silahlı münaqişə nəticəsində zorla yerdəyişmə probleminə xüsusi diqqət yetirilməsi siyasətini dəstəkləyir. Belə yerdəyişmənin qarşısının alınmasına, ona reaksiya verilməsinə və bu problemin, məsələn, qaçqınların və məcburi köçkünlərin öz evlərinə layiqli şəkildə qaytarılması yolu ilə həllinə dair səyləri fəallaşdırmaq lazımdır.
Təxirəsalınmaz addımlar atılmasını tələb edən mühüm problemlər arasında silahlı münaqişələr nəticəsində girov götürülmüş və itkin düşmüş mülki şəxslərin problemi qeyd olunmalıdır. Y.Əliyev deyib: “Biz bu problem haqqında məlumatlılığın beynəlxalq səviyyədə artırılmasının və rəhbər qaydalar sistemi əsasında daha da təkmilləşdiriməsinin, o cümlədən BMT Baş Assambleyanın və Qadınların Vəziyyəti üzrə Komissiyanın əsas müəllifinin Azərbaycan olduğu müvafiq qətnamələri vasitəsilə təkmilləşdirilməsi üzrə ardıcıl səylərimizi davam etdiririk”.
Y.Əliyev bildirib ki, iclasda müzakirə olunan məsələ Təhlükəsizlik Şurası, bütün beynəlxalq birlik, o cümlədən Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Ötən əsrin 1980-ci illərinin sonunda təqribən 250 000 azərbaycanlının Ermənistandakı öz dədə-baba yurdundan zorla deportasiya olunması qətlərlə, insanların issiz-soraqsız yoxa çıxması, onların əmlakının məhv edilməsi və talanlarla müşayiət olunub. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Azərbaycana qarşı başlanan irimiqyaslı müharibə nəticəsində on minlərlə insan həlak olub, mülki infrastruktur, mülkiyyət və dolanışıq vasitələri əsaslı şəkildə məhv edilib.
Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu, ətraf yeddi rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal olunub və beynəlxalq hüququn pozulmasına və BMT-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-ci il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə baxmayaraq, bu işğal hələ də davam edir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirib ki, işğal edilmiş ərazilərdə Ermənistan qoşunları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Nəticədə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin payı dünyada ən yüksək göstəricilərdən biridir. Bu fakt BMT Baş katibinin məcburi köçkünlərin problemləri ilə məşğul olan nümayəndələrinin bəyanatında da təsdiq edilib.
Bundan əlavə, Ermənistan tərəfi məcburi köçkünlərin öz evlərinə qayıtmasına, onların əmlakının qaytarılmasına yol verməmək üçün məqsədyönlü addımlar atır. Bu məqsədlə işğal edilmiş ərazilərdə mühacirlər yerləşdirilir, infrastruktur dəyişdirilir, tarixi və mədəni irs təhqir edilir. Bu hərəkətlər öz dədə-baba yurdlarından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını pozur, regionda sülhə, təhlükəsizliyə və sabitliyə təhlükə törədir.
Y.Əliyev bildirib ki, 2019-cu il mayın 1-nə olan vəziyyətə görə Azərbaycanın 3888 vətəndaşı münaqişə nəticəsində itkin düşmüş kimi qeydə alınıb. Onların 718-i, o cümlədən 71 uşaq, 266 qadın və 326 ahıl mülki şəxsdir. BMT-nin Baş katibi öz məruzəsində bildirib ki, münaqişə tərəfləri itkin düşmüş şəxslərlə bağlı məsələlərdə beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmalı, məsələn, itkin düşmüş şəxslərin uçotu üçün bütün mümkün tədbirləri görməlidirlər (S/2019/372, bənd 45).
Y.Əliyev deyib ki, Təhlükəsizlik Şurası silahlı münaqişələrdən zərər çəkmiş mülki şəxslərin müdafiəsinə daim xüsusi diqqət yetirməli, silahlı münaqişənin bütün tərəflərinin beynəlxalq humanitar hüquq sahəsində öz öhdəliklərini tam yerinə yetirmələri üçün öz tələbini daim atəkrarlamalıdır. Bu, son dərəcə vacibdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM