Bəşər Əsəd təxminən üç ay sonra Dəməşqdəki Əl-Hamad məscidində keçirilən əhya gecəsində ictimaiyyətin önünə çıxıb.
ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Əsəd son olaraq Qurban bayramında Dəməşqdəki bir məsciddə yüzlərlə adamla birlikdə bayram namazı qılarkən görüntülənmişdi.
Qeyd edək ki, dünən axşam Əsədin yanında səf tutanlar arasında Suriyanın baş müftüsü Əhməd Bədrəddin Hassun və Suriyanın Baş naziri Vael əl-Xalqi də olub.