“Lider qadınlarının şəbəkəsi”nin yaradılması

09:56 / 01.06.2019

29 may 2019–cu il tarixində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 6 №-li İncəsənət Məktəbində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində “Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək “Lider qadınlarının şəbəkəsi”nin yaradılması” adlı tədbir keçirildi. Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

 

Görüş tədbiri 6 №-li İncəsənət Məktəbinin müəllim kollektivi və ən istedadlı şagirdlərin hazırladığı musiqili-bədii kompozisiya ilə başladı.

 Tədbirdə giriş sözü ilə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, tədbirin mahiyyəti və layihənin vacibliyi haqqında danışdı. O bildirdi ki, bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində Binəqədi rayonunun sakinləri, xüsusiylə də qadınlar və gənclər bu prosesdə daha aktiv vətəndaş mövqeyini nümayiş etdirməlidirlər.

 

Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxış edərək 2019-cu il bələdiyyə seçkiləri öncəsi qadınların aktivliyi və bu strukturun idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışdı. Sədaqət Qəhrəmanova qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində atılan müvafiq addımlar, görülən işlər çərçivəsində təşkil olunan belə tədbirlərdə onları fəallıq göstərməyə çağırıb, həmçinin onların qərarvermə prosesi və yerli özünü idarəetmədə iştirakının artırılması məqsədiylə icra olunan layihələrdə aktiv iştirakın və əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Sonda isə “17 məqsəddən ibarət olan “Dayanıqlı İnkişaf Məqsədləri” anlayışının 5-cisi – “Gender Bərabərliyi” mövzusu yerinə yetirilməzsə, digərlərinin əhəmiyyəti olmayacaq” deyərək, bir daha qadınların qərar qəbuletmə və idarəetmə proseslərində aktiv iştirakının vacibliyinə toxunan Sədaqət xanım çıxışını “Vəzifəyə varlanmaq üçün yox, cəmiyyətdə olan problemləri həll etmək üçün gəlirlər” cümləsi ilə tamamladı.

 

Görüşdə Binəqədi rayon İcra hakimiyyətinin Ərazi və Yerli özünüidarə orqanları ilə İş şöbəsinin müdiri Ramiz Göyüşov da çıxış edərək, ilk öncə belə bir layihənin ərsəyə gəlməsi və Binəqədi rayonunu da əhatə etdiyi üçün öz təşəkkürünü bildirdi. Şöbə müdiri daha sonra sözlərinə belə davam etdi: “Bələdiyyələr öz iqtisadi və sosial fəaliyyətlərini artırır. Hal-hazırkı dövrdə bələdiyyə strukturlarınında müəyyən qüsurlar olsa da, bunların aradan qaldırılması, eyni zamanda cəmiyyətdə bələdiyyələr haqqında formalaşan mənfi rəyin müsbətə çevrilməsi üçün çalışmalı və səylərimizi artırmalıyıq. Bu mənada o qadınların səlahiyyətləndirilməsi və qərar qəbuletmə prosesində təmsilçiliyinin vacibliyini vurğuladı.

 

Daha sonra “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin rəhbəri xanım Lyudmila Xəlilova layihə haqqında ətraflı və dolğun məlumatı özündə əks etdirən təqdimatla çıxış etdi. Layihənin əsas məqsədi “Effektiv və gender yönümlü yerli özünü idarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir” deyən Lyudmila xanım məqsədlərə çatmaq üçün qarşıya qoyulan vəzifələr, fəaliyyətlər və əldə olunacaq nəticələr haqqında ətraflı məlumatı auditoriyanın diqqətinə çatdırdı. Layihə koordinatoru eyni zamanda Qadınların seçkilərdə iştirakı və bələdiyyələrdə təmsilçiliyini zəiflədən problemlərə də toxunub.

 

Həmçinin tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri xanım Rəna Mirzəzadə “Dayanıqlı İnkişaf və yerli idarəetmədə iştirakçılıqda gender amili: müasir çağırışlar” mövzusunda tədbir iştirakçıları qarşısında çıxış edib. İlk öncə belə bir layihənin icra olunmasını çox yüksək qiymətləndirən professor çıxışına bu cür davam etdi: “Bu layihədə görülən işlər və təşkil edilən tədbirlər ona görə əhəmiyyətlidir ki, mövzunun kökündə “Gender”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Azərbaycan” sözləri var. Məlumdur ki, seçkilər yaxınlaşır və burada iştirak üçün hər bir addım məsuliyyətli olmalı, hər bir qadın həm ailəsinin münasibətini, həm öz öhdəliklərini, həm də ki üzərinə götürəcəyi məsuliyyət haqqında düşünməlidir. 18 yaşı tamam olmuş gənc qızların seçkilərdə iştirak etmək hüququnun olduğunu xatırladan ekspert “Seçkilərdə fəal seçici olub, mütləq səsvermə hüququndan istifadə etməlisiniz” deyərək sözünə yekun vurdu.

 

Son məruzəçi kimi çıxış edən Bakı şəhər Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva  bələdiyyədə təmsilçiliyinin məqsədini və burada görülən işlər, əldə etdiyi nailiyyətlər haqqında bölüşdü -  “Mən qarşıma hədəf qoydum və bu yolda uğur qazandım!” Sonda o auditoriyaya səsləndi: “Əziz xanımlar! Siz də özünüzə inanın və məqsədli olun!”

Tədbirin sonunda iştirakçılarla interaktiv sual-cavab sessiyası aparıldı, eyni zamanda bələdiyyə seçkiləri və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri, təklifləri müəyyənləşdirmək məqsədiylə sorğu keçirildi.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM