Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul planında ən yüksək yer artımı turizm ixtisasları üzrə olub. Qəbul planında daha sonra yüksək yer artımı pedaqoji, kənd təsərrüfatı ixtisasları üzrə olub, incəsənət və mədəniyyət ixtisasları üzrə plan yerlərinin sayı isə azaldılıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Trend-ə bildirib ki, 2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı ötən ilə nisbətən 6.4%, dövlət sifarişi ilə qəbul planı isə ötən ilə nisbətən 66,1% artıb. Ümumilikdə dövlət sifarişli yerlərin sayı 8150 artaraq 20 474-ə çatıb. Tələbə qəbulu planının 84.7%-i dövlət, 15.3% isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85.3% və 14.4% olub.
Y.Piriyev əlavə edib ki, tələbə qəbulu planındakı artım əsasən “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, “Təbiət”, “Texniki və texnoloji”, “Kənd təssərrüfatı” və “Səhiyyə, rifah və xidmət” ixtisas qruplarına daxil olan ixtisasları əhatə edir (bu ixtisasların əsas hissəsi DİM tərəfindən müəyyən olunmuş I, II, III və IV ixtisas qrupuna daxildir). Belə ki, ötən illə müqayisədə cari ildə qəbul planı “Təhsil” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8 %, “Humanitar və sosial” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,5 %, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 5,2%, “Təbiət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,1%, “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 4,3%, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8,1%, “Səhiyyə, rifaf və xidmət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 21,9% artıb.
Nazirlik rəsmisi qeyd edib ki, dövlət sifarişi əsasında tələbə qəbulu planındakı əhəmiyyətli artım zamanı ilk növbədə ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri və əmək bazarının yeni tələbləri nəzərə alınıb. Bu artım bütün ixtisas qruplarını əhatə edib.
Onun sözlərinə görə, ötən illə müqayisədə cari ildə dövlət sifarişi əsasında tələbə qəbulu planı “Təhsil” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 46,8%, “Humanitar və sosial” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 82,7% , “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 50,4%, “Təbiət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 93,4%, “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 71,2%, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 63,6%, “Səhiyyə, rifaf və xidmət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 81%, “Tibb təhsili” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 58,8%, “Mədəniyyət və incəsənət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 78% artıb:
"Milli iqtisadiyyatın prioritet sahəsi olan aqrar sektorun çoxşaxəli inkişafını nəzərə alaraq, kənd təsərrüfatı sahəsi üçün bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar (“Şərabçılıq”, “Bağçılıq və tərəvəzçilik”, “Bitki mühafizəsi” və s.) üzrə ötən ildən başlanılmış kadr hazırlığı yenə də diqqət mərkəzində saxlanılıb. Xüsusi qeyd edilməlidir ki, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan bütün ixtisaslar üzrə (“Meşəçilik” ixtisası istisna olmaqla) bakalavriat səviyyəsinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək. Bu göstərici magistratura səviyyəsi üçün 95% təşkil edir".
Y.Piriyev bildirib ki, ölkəmiz üçün prioritet olan və kadr hazırlığına ötən ildən başlanılmış “Loqistika və nəqliyyat texnoloqiyaları mühəndisliyi”, “Şəhərsalma” və “Sənaye mühəndisliyi” ixtisasları üzrə qəbul planı əvvəlki illə müqayisədə 29,3%, dövlət sifarişi əsasında qəbul planı isə 77,3% artırılıb.
Y.Piriyev əlavə edib ki, xüsusi təyinatlı yerlərə qəbul 53,7 faiz artıb. Bu artım informasiya təhlükəsizliyi ixtisassının mülki ali məktəblərə verilməsi və bunun nəticəsində həmin ixtisaslara plan yerlərinin artırılması hesabına baş verib:
"Müasir dünyada idarəetmənin bütün səviyyələrində informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb etdiyindən və ölkədə bu sahədə ciddi kadr hazırlığına tələbat olduğundan “Təbiət”, eləcə də “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan və ölkə üçün xüsusi əhəmiyyət kəsb edən informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı ötən illə müqayisədə 2,3 dəfə artırılıb. Bu artım “Kompüter elmləri” ixtisası üzrə 1,9 dəfə, “Kompüter mühəndisliyi” ixtisası üzrə 2,4 dəfə, “İnformasiya texnologiyaları” ixtisası üzrə 2,6 dəfə, “Sistem mühəndisliyi” ixtisası üzrə 1,7 dəfə, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə 3,9 dəfə olub".
Y.Piriyev deyib ki, ölkəmizdə turuzm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürü olaraq, bakalavriat səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisasına ötən illə müqayisədə qəbul planı 21,7%, dövlət sifarişi əsasında qəbul planı isə 62,9% artırılıb.
Nazirlik rəsmisi ötən tədris ili müqayisədə bu il tibb təhsili üzrə qəbul planı yerlərinin sayının artmadığını, mədəniyyət və incəsənət sahəsi üzrə yerlərin sayının 3,9 faiz azaldığını söyləyib.
2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM